Yuxarı

Bakı-2015-i bütün Rusiya izləyəcək

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-i bütün Rusiya izləyəcək

Bakı-2015 birinci Avropa Oyunları Rusiyanın "Rossiya" milli televiziya kanalı ilə müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, kanal birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ edib. Müqaviləyə əsasən, birinci Avropa Oyunları Rusiyada 53 milyon evdə yayımlanacaq.

"Rossiya 2" (ödənişsiz yayım), "Sport", "Sport-1" və "Döyüş klubu" (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rusiyalı tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb-səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarının "Rossiya" televiziya kanalı ilə yayımlanması barədə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin idman ictimaiyyəti də "Rossiya" televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq.

"Rossiya" televiziya kanalının idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib:

"Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük heyətlə təmsil olunacaq. Məhz buna görə də maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq".

Tarix
2015.06.03 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla