Yuxarı

Sürücülər, diqqət: “Oyun zolağı”nın yeri dəyişdirildi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülər, diqqət: “Oyun zolağı”nın yeri dəyişdirildi

"Yolda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Beynəlxalq Avtovağzalın qarşısındakı zolağın yeri dəyişdirilib".

Bu sözləri Axar.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yeganə dəyişiklik ancaq Beynəlxalq Avtovağzalın qarşısında aparılıb:

"Həmin ərazidəki "Oyunlar zolağı"nın yeri dəyişdirilərək yolun solundan sağına keçirilib. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zolağın yeri dəyişdirilib. Çünki "Oyunlar zolağı" yolun sol hissəsində olanda avtovağzaldan Avropa Oyunları məqsədilə ayrılmış xüsusi avtobuslar çıxanda yolun soluna keçərək hərəkət etməli idi. Bu da yolda müəyyən sıxlığa səbəb ola bilərdi. Bu səbəbdən zolağın yeri dəyişdirilib ki, avtovağzaldan çıxan oyunlar üçün xüsusi nəzərdə tutulmuş avtobuslar birbaşa yolun sağ hissəsinə çıxmadan hərəkətlərini davam etsinlər".

A.Nəcəfli qeyd edib ki, bundan başqa "Oyunlar zolağı" olan yolların heç birində belə dəyişiklik gözlənilmir.

Tarix
2015.06.03 / 17:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla