Yuxarı

Azərbaycanlı Ukraynanı Bakı-2015-də təmsil edəcək - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Ukraynanı Bakı-2015-də təmsil edəcək - Foto

Ukraynanı Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edəcək idmançılar arasında bu ölkədəki Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Fyodor Xaşalov da var. Əslən Zaqatala rayonundan olan, hazırda İvano-Frankovsk şəhərində yaşayan Fyodor Xaşalov iki dəfə Avropa, bir dəfə dünya çempionu olub.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, Ukrayna Millətlər Assambleyasının Azərbaycan diasporu ilə birgə İvano-Frankovskda keçirdiyi görüşdə Fyodor Xaşalov da iştirak edib. Ukraynanı dəfələrlə beynəlxalq yarışlarda təmsil etmiş Fyodor Xaşalov hazırda İvano-Frankovskda məşqçi kimi çalışır.

Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunmuş tədbirdə, həmçinin BUAK-ın İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfov, təşkilatın Zakarpatye üzrə rəhbəri Zakir Göyüşov və qurumun Lvov vilayəti üzrə regional rəhbəri Teymur Məmmədov, o cümlədən yerli dövlət qurumlarının nümayəndələri də qatılıb.

Əvvəlcə Bakı-2015 birinci Avropa Oyunları, Azərbaycanın bu mötəbər idman yarışına hazırlığına dair təqdimatlar nümayiş etdirilib.

Tədbirdə bildirilib ki, Fyodor Xaşalov bodibildinq üzrə yarışlarda gücünü sınayacaq. İlk Avropa Oyunlarında idmanın bu növü üzrə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.

Sonra Azərbaycanın xalq mahnılarından ibarət festival keçirilib. Tədbirdə Ukraynanın 20-dək xalq və əməkdar artisti iştirak edib.

Tarix
2015.06.04 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla