Yuxarı

Nazirlik Oyunlar üçün “Qaynar xətt” yaratdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Oyunlar üçün “Qaynar xətt” yaratdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası I Avropa Oyunları ilə bağlı qərar qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazirlik Oyunlarla əlaqədar telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkəsi və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.

Qərarla əlaqədar nazirliyin iyunun 30-dək Oyunlarla əlaqədar "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görülək.

Nazirliyin birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.

Bakı şəhərinin zəruri ərazilərində Wi-Fi xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək. Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.

I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.

Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.

I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.

Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək. Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq.

Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.

"Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azrefon" MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda 2G, 3G, 4G mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.

Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.

Tarix
2015.06.05 / 16:22
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla