Yuxarı

Avropa Oyunları Afrikada da yayımlanacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Oyunları Afrikada da yayımlanacaq

Bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsi "Fox Sport Afrika" teleyayım şirkəti ilə müqavilə imzalayıb.

Azərtac-ın xəbərinə görə, müqaviləyə əsasən Birinci Avropa Oyunları Afrika qitəsinin 25 dövlətində yayımlanacaq.

Ərəb Dövlətləri Yayım Birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin Bakı 2015-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan "Fox Sport Afrika" yarışları, eləcə də açılış və bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq yeni yayım müqaviləsi ilə bağlı aşağıdakıları bildirib: "Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir Birinci Avropa Oyunları olduğu üçün yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı 2015-ə yeni tərəfdaşımız "Fox Sport Africa" yayım şərkəti də daxil olmaqla dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam. Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır".

"Fox Sport Africa" televiziya şirkətinin kanallar üzrə direktoru cənab Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: "Biz, izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı 2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz, dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu - Bakı 2015-in tərəfdaşı olmaqdan qürur duyuruq".

Tarix
2015.06.05 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla