Yuxarı

Bakı-2015 Almaniyada da canlı yayımlanacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015 Almaniyada da canlı yayımlanacaq

Almaniyanın "Sport 1" televiziya kanalı Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı yayımlayacaq.

Trend-in məlumatına görə, telekanalın veb-səhifəsində dərc olunmuş məlumatda deyilir ki, Bakıda keçiriləcək bu yarış Avropa qitəsi üçün böyük əhəmiyyətə malikdir. Qeyd olunur ki, yarışların Qafqazın ən böyük şəhərində keçirilməsi təsadüfi deyil.

Bildirilib ki, bu şəhərdə Oyunların keçirilməsi üçün yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti avropalı idmançıların ixtiyarına verilib. 70 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionu isə xüsusi əhəmiyyətli idman obyekti kimi təqdim olunur. Oyunların açılış mərasimini ən azı 65 min tamaşaçının canlı izləyəcəyi xüsusi vurğulanır.

Almanlar üçün Bakı 2015 Avropa Oyunları həm də ona görə əhəmiyyətlidir ki, burada qalib olan idmançılar 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Bu baxımdan alman hökuməti qalib gələcək idmançılara yüksək məbləğli pul mükafatı vəd edib.

Tarix
2015.06.09 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla