Avropa Oyunlarının başlayacağı tarixdə və məşəlin
səhayəti zamanı Bakıda bağlı olacaq yollar haqqında məlumat
yayılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-averilən
məlumata görə, Bakıda Məşəlin Səyahəti ilə bağlı 10 iyun tarixində
aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın
hərəkəti məhdudlaşdırılacaq:
•Şəmsi Bədəlbəyli küçəsi
•Səməd Vurğun küçəsi
•Bül-bül prospekti
•Rəşid Behbudov küçəsi
•Azadlıq prospekti
•İstiqlaliyyət küçəsi
•Niyazi küçəsi
•Şövkət Ələkbərova küçəsi
Triatlon yarışı
Bakı 2015 İlk Avropa Oyunlarının Kişilər və Qadınlar arasında
triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh
qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti
məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı
yollar və vaxtlar aşağıdakı xəritədə qeyd olunub.
Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və "Jumeirah
Beach Hotel" dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən
istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi
istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran
yolundan istifadə etmələri tövsiyə olunur.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı
vaxtlar:
10, 11 iyun: 05:00 – 14:00
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00
Xəritə: Triatlon (Bilgəh) Yol Hərəkət Məhdudiyyətləri və Hərəkət
İstiqamətinin Yönləndirilməsi
Açılış Mərasimi
12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış mərasimi günü,
aşağıda qeyd olunan yollarda günorta saat 04.00-dan, növbəti gecə
saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu
qovşağınadək
• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur
Elçin küçəsilə kəsişməyədək
Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı
nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı
mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng
etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
(http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi
İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin
(www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və
Feysbuk səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də
daxil olmaqla, NİİM-in məlumat kanalları