I Avropa Oyunları zamanı
göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək
sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı
şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin
istiqamətlərində dəyişikliklər edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən
məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus
marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər
aşağıdakılardır:
Zabrat-Maştağa istiqamətindən:
- 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E. Mehdiyev -
Bakıxanov qəs. Əfəndiyev küçəsi - "Neftçilər" metro stansiyası -
Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil
olunacaq;
- 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut
xətləri E. Mehdiyev - Bakıxanov qəsəbəsi - Əfəndiyev küç. - Şərifli
küç. - Mirzəyev - Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon
Məhkəməsinin qarşısına qədər təşkil olunacaq;
- 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası -
Əsədullayev küç. - Bakıxanov qəs. - Mehmandarov küç. - Sülh küç. -
"Neftçilər" metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət
edəcək;
- 55 saylı marşrutun xətti Sabunçu stansiyası - Əsədullayev küç.
- Bakıxanov qəs. - Mehmandarov küç. və sonra mövcud xətt üzrə
hərəkət edəcək;
- 93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.
Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən:
- 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri
Mərdəkan şosesi - H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr. -
"Həzi Aslanov" metro stansiyasına qədər təşkil olunacaq;
- 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ
beton yolu - Nobel pr. - A.Cəlilov - K. Səfərəliyeva - 28 May küç.
(S. Vurğun bağının yanı) son dayanacaq;
- 184 saylı marşrut xətti Bül-Bülə qəs. - Bakıxanov qəs. -
Əfəndiyev küç. - Şərifli küç. - Mirzəyev - Q.Qarayev pr.(1-ci yol)
köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil
olunacaq.
- 214 saylı marşrut xətti Bakıxanov qəs. - Əfəndiyev küç. -
Qəmbərov küç. - "Neftçilər" metro stansiyası – 8 km bazarına qədər
təşkil olunacaq;
Ziya Bünyadov prospekti istiqamətindən:
- 11 və 36 nömrəli marşrut xətləri – Q. Qarayev pr. - O. Vəliyev
- M. Abbasov - A. Manafov - Q. Qarayev pr. - sonra mövcud xətt
üzrə;
- 207 saylı marşrutun xətti Binə T/M. - Dairəvi yol – Moskva pr.
- A. Mustafayev - Z. Bünyadov - Atatürk prospektinə qədər təşkil
olunacaq.
- 82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.