Yuxarı

Məşəl Heydər Əliyev Mərkəzində - Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşəl Heydər Əliyev Mərkəzində - Video

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir.

Azərtac xəbər verir ki, iyunun 10-da səhər saatlarında məşəl Milli İncəsənət Muzeyinə aparılıb. Məşəli Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov daşıyıb.

Sonra alov Heydər Əliyev Mərkəzinə gətirilib. Məşəli Mərkəzdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov gəzdirib.

Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Məşəlçi Ömər Eldarov təəssüratlarını bölüşərək bildirib: "Birinci Avropa Oyunları həyatımda əhəmiyyətli hadisədir. 87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram. Mən və digər məşəlçilər ilk dəfə keçirilən Avropa Oyunlarının məşəlini qəbul edib daşıdığımıza görə qürur duyuruq".

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb. Gün ərzində məşəl AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına və YARAT Müasir İncəsənət Mərkəzinə aparılacaq.

Aprelin 26-da qədim od məbədi olan Atəşgahda start götürən məşəl Azərbaycanın 60 rayonunu gəzib-dolaşdıqdan sonra iyunun 7-də paytaxta gətirilib. Artıq dörd gündür Bakıda olan alov şəhərin bir sıra əsas məkanlarında, idman arenalarında, tarixi və mədəniyyət obyektlərində olub.

Tarix
2015.06.10 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla