Yuxarı

Rəqsimizi sındıra-sındıra oynayan afrikalı - Foto/Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqsimizi sındıra-sındıra oynayan afrikalı - Foto/Video

Fərqli ölkələrdən xeyli sayda jurnalist Bakı-2015 Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün paytaxtımıza gəlib.

Dünən Media Kəndində keçirilən Salamlama gecəsində afrikalı xanım xüsusilə diqqət çəkirdi. Axar.az-ın əməkdaşı Azərbaycan rəqslərini sındıra-sındıra oynayan, Cənubi Afrikadan gələn Etoise Kupida ilə həmsöhbət olub. O, ilk olaraq Bakı və azərbaycanlılar haqqında fikirlərini bölüşüb:

"Bu mənim Azərbaycana ilk səfərimdir. Şəhərinizi çox bəyəndim. Qədim şəhərdir. Bakının tikililəri göz oxşayır. Mən bulvarda oldum. Bura çox gözəldir. Azərbaycanlılar da qonaqpərvər və sevimlidirlər. Burada hər kəs gülümsəyir. Mən sizləri çox sevdim. Burada özümü çox xoşbəxt hiss edirəm".

Sandi Azərbaycanın Birinci Avropa Oyunlarına hazırlıqlarının çox yüksək səviyyədə aparıldığını deyib:

"Bakı-2015 I Avropa Oyunlarının hazırlıqlarını gördüm və çox razı qaldım. Olimpiya stadionu və Atletlər kəndi çox gözəldir".

Afrikalı jurnalist Azərbaycan milli rəqslərindən zövq aldığını deyib:

"Sizin milli rəqslərinizi izlədim. Musiqiləriniz valehedicidir. Cənubi Afrika və Azərbaycan fərqli ölkələrdir, adətlər, arxitektura, yaşayış tərzi çox fərqlidir. Ancaq onları bəzi cəhətlər də birləşdirir. Bunlardan biri insanların mehriban olmasıdır".

Foto: Elçin Murad

​

Tarix
2015.06.11 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla