Yuxarı

Polşada aksiya: “Bakı sizi gözləyir” – Foto/Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada aksiya: “Bakı sizi gözləyir” – Foto/Video

İyunun 10-da Polşanın paytaxt Varşavada Bakı 2015 I Avropa Oyunlarına dəstək aksiyası keçirilib.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təşkilatçılığı ilə keçirilmiş aksiya çərçivəsində Varşava sakinlərinə və universitet tələbələrinə I Avropa Oyunlarına aid jurnallar, məlumat bukletləri, Bakı-2015 köynəkləri, eləcə də Azərbaycan bayraqları ilə oyunların loqosu əks olunmuş bayraqlar paylanıb. Varşavalılara bu oyunlar barədə ətraflı məlumat verən aksiya təşkilatçıları Azərbaycan və Bakı-2015-in bayraqlarını müxtəlif obyektlərə də paylayıb, varşavalılara Azərbaycana aid müxtəlif suvenirlər təqdim ediblər.

"I Avropa Oyunlarına iki gün qaldı. Bakı sizi gözləyir" şüarı altında keçirilən aksiyada şəhərin mərkəzi parklarında sakinlərlə söhbət aparılıb. Varşavalılar kontinentin Olimpiya Oyunları barədə məlumatlı olduqlarını deyərək, Bakının I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə və Avropa Oyunları üçün yaxşı ənənə yaradacağına inandıqlarını bildiriblər.

Günün ikinci yarısında aksiya təşkilatçıları Varşava Dövlət Ali Psixologiya Universitetndə də olublar. Burada Universitet rəhbərlyi ilə görüş keçirilib. Azərbaycan və Bakı haqqında çox eşitdiklərini deyən Universitet təmsilçiləri ölkəmizə səfər etməyi arzuladıqlarını bildiriblər. Daha sonra aksiya təşkilatçıları Universitetin akt zalına dəvət olunublar. Orada məzun sertifikatları alan tələbələrə Bakı-2015-ə aid müxtəlif materiallar və hədiyyələr verilib. Gənclər bu oyunlara böyük maraq göstərdiklərini və yarışları televiziya vasitəsilə izləyəcəklərini deyiblər.

Polşalılarla yanaşı, digər Avropa ölklərindən olan tələbələr də Bakı-2015 I Avropa Oyunlarına aid jurnallara böyük maraq göstəriblər. Onlara oyunlara aid videoçarxın yer aldığı disklər də hədiyyə olunub.

Aksiyada digər diqqətçəkən vasitələrdən də istifadə olunub. Belə ki, səhər saatlarından etibarən Varşavanın müxtəlif küçələrində yerləşən mağaza və iaişə obyektlərindən "I Avropa Oyunlarına iki gün qaldı, Bakı sizi gözləyir" şüarı yazılmış bannerlər asılıb. İgilis və polyak dilində yazılmış bu şüardan tələblərlə keçirilən görüşlərdə də istifadə olunub.

Aksiya ümumilikdə 300-dən artıq şəxsi əhatə edib və olduqca böyük maraqla qarşılanıb. Varşavalılar Azərbaycanı salamlayıb, I Avropa Oyunlarının iştirakçılarına və xüsusən də Polşa təmsilçilərinə uğurlar arzulayıblar.

Tarix
2015.06.11 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla