Yuxarı

Türk jurnalist Namiq Abdullayevi xatırladı - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk jurnalist Namiq Abdullayevi xatırladı - Foto

Dünən Bakı-2015 I Avropa Oyunları üçün akkreditasiyadan keçən media işçiləri üçün media kəndində gecə təşkil olunub.

Birinci Avropa Oyunlarını izləmək üçün qardaş Türkiyənin TRT Spor kanalından ölkəmizə gələn jurnalist Ömər Yavru Axar.az-a açıqlama verərək Bakıda özünü evindəki kimi hiss etdiyini deyib:

"Hazırda İstanbulda, TRT Spor kanalında çalışıram. Bakıya 4 nəfərlik qrupla, bir müxbir, iki operator yoldaşımızla bu gün gəlmişik. Çox gözəl yer imiş bura. Biz qardaş ölkəyik, çox ortaq dəyərlərimiz var: türkülər, şərqilər... İlk dəfədir Bakıya gəlirəm. Avropa Oyunları özəl bir şeydir, ilk dəfə təşkil olunur. Burda özümü evimdəki kimi hiss edirəm. Amma şəhəri hələ gəzməmişəm, çox gəzmək, görmək istəyirəm. Azərbaycan mənimçün çox fərqli yerdir, çox sevirəm buranı. Belə dünya səviyyəli yarışın sizin ölkədə təşkil olunması çox önəmli hadisədir, idman sahəsində Azərbaycan daha əvvəl belə böyük layihəyə ev sahibliyi etməyib, məncə".

Türkiyəli jurnalist ölkəsində futboldan başqa heç bir idman növünün ön planda olmadığını bildirib: "Bildiyimə görə, Avropa Oyunlarından sonra gələn il də Formula-1 Azərbaycanda keçirilməlidir. O da çox önəmli yarışdır. Oyunların Azərbaycanda keçirilməsi gənclərin idmana marağını daha da artıracaq, idmanın çox müxtəlif sahələri üzrə yarışlar olacaq. Türkiyədə futboldan başqa heç bir idman növünü ön planda görə bilməzsiniz, amma ümid edirəm burda elə deyil. Atletizm, velosiped sürmə, üzmə bunlar daha maraqlıdır mənə, burda da əsas onları izləyəcəyəm. Daha öncə 4 dəfə olimpiya oyunlarında iştirak etmişəm, sonuncu dəfə 2008-ci ildə Pekin Olimpiadasında olmuşam. Heç yerdə bu qədər gözəl qarşılanma olmamışdı, "Sarı gəlin"i, "Sən gəlməz oldun"u dinləyib çox ləzzət aldım. İndi dünyada narkotik, zərərli vərdişlər gəncləri ağuşuna alıb, mədəniyyət, incəsənətə maraq azalıb, ümid edirəm ki, bu oyunlar gənclərə müsbət baxımdan təsir edəcək.

Azərbaycan idmançılarından sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayevi tanıyıram. Əslində, başqa tanıdıqlarım da var, amma ad olaraq yadımda saxlaya bilmirəm.

Bu oyunlarda qadın voleybol klubumuzdan qələbə gözləyirik. Üzgüçülük üzrə qaliblərimiz də ola bilər. Eləcə də atıcılıq bizdə yaxşı inkişaf edib".

Tarix
2015.06.11 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla