Yuxarı

Hikki: "Bakıda hər kəs inanılmaz bayramın şahidi olacaq"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hikki: "Bakıda hər kəs inanılmaz bayramın şahidi olacaq"

Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq.

Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki AZƏRTAC-a məxsusi müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

- Cənab Hikki, birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qısa müddətdə çox böyük işlər görüb. Siz Oyunlara hazırlıq işlərini necə qiymətləndirərdiniz?

- İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu idman yarışlarına yüksək səviyyədə hazırlıq görülməsində böyük xidmətlərini qeyd etmək istərdim.

Azərbaycan ilə Avropa Olimpiya Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyalarının rəhbərləri ilə keçirilən mütəmadi görüşlər də bu prosesə öz müsbət təsirini göstərib.

Şübhəsiz, Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları səviyyəsinə və əhatə dairəsinə görə böyük tədbir olacaq. İnsanlarınız çox qonaqpərvərdirlər. Düşünürəm ki, azərbaycanlılar bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəklər. Bakı-2015 ilk Avropa Oyunları dünya miqyasında mötəbər idman tədbiri olacaq. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Oyunlarda 6 min atletin 20 idman növündə mübarizəyə qatılması həqiqətən də böyük göstəricidir. Avropa Oyunları beynəlxalq miqyasda artıq kifayət qədər imic qazanıb. Qitə idmançıları da möhtəşəm idman oyunlarını səbirsizliklə gözləyirlər.

- Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində bir çox ölkələrdə Bakı-2015-in geniş təqdimatları keçirildi. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Birinci Avropa Oyunları ilə bağlı London, Paris, Roma, Brüssel, Moskva və digər ölkələrin paytaxtlarında çox uğurlu təqdimatlar oldu. Azərbaycan hər bir təqdimata böyük diqqət ayıraraq ölkənin idman ruhunu bütün dünyaya çatdıra bildi. Avropa ölkələrində təşkil olunmuş bu tədbirlər qazanılan bütün uğurları hamıya göstərmək üçün gözəl fürsət yaratdı. Azərbaycan ilk Avropa Oyunları ilə yeni idman tarixini yazacaq. Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə idman hərəkatı əlavə məzmunla zənginləşir. Qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq. Bu Oyunlar innovativliyi və adi yarışlardan fərqli olaraq müxtəlif idman növləri ilə seçiləcək. Bütün işlər düzgün həyata keçirilib.

Azərbaycan qədim tarixə malik, sürətlə inkişaf edən, təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən gənc ölkədir. Ölkəniz cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi sayəsində Azərbaycanda inkişaf təmin edilib. Bakı-2015 Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq.

- Bakı–2015-in dünya, xüsusən Avropa mediasında təbliği barədə nə deyə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, yüksək səviyyəli peşəkarların səyləri nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcək. Oyunların təbliğində medianın iştirakı və rolu olduqca vacibdir və bu məsələdə KİV bizim ən önəmli tərəfdaşlarımızdan biridir. Biz bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik. Şübhə etmirəm ki, Bakı-2015 Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi olacaq hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Lakin 2019-cu ildəki Oyunlar "Bakı-2015"-in tam təkrarı olmayacaq. Bizim məqsədimiz Avropa Oyunlarını hər bir şəhərə uyğun təşkil etməkdir.

Tarix
2015.06.12 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev WUF13-la bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla