Yuxarı

Mehriban Əliyevaya orden verildi - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyevaya orden verildi - Foto

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.

Görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - "Sreten" ordeni təqdim olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Sreten" ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxunub.

Serbiya Prezidenti Tomislav Nikoliç "Sreten" ordenini Mehriban Əliyevaya təqdim edib.

Birinci xanım Mehriban ƏLİYEVA dedi: Çox sağ olun, cənab Prezident. Bu, mənim üçün böyük şərəfdir. Bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Prezident Tomislav NİKOLİÇ dedi: Bilirsiniz, Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun.

Mehriban ƏLİYEVA: Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox sağ olun, Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək.

Tomislav NİKOLİÇ: Təşəkkür edirəm.

Mehriban ƏLİYEVA: Mən Sizin komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm.

Prezident İlham ƏLİYEV: Mən də sizi dost ölkənin ən yüksək mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm.

Mehriban ƏLİYEVA: Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulandı, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirildi. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Tarix
2015.06.12 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla