Yuxarı

"Bakının gözəlliyinin qat-qat artıq olduğunu gördük"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakının gözəlliyinin qat-qat artıq olduğunu gördük"

Bu yaxınlarda Azərbaycanda səfərdə olan Macarıstan Baş nazirinin xanımı Aniko Levai ölkəsinə qayıtdıqdan sonra səfir Vilayət Quliyevə məktub ünvanlayıb. AzərTac-ın məlumatına görə, "Macar mətbəxi" jurnalının baş redaktoru olan A. Levainin səfərinin məqsədlərindən biri oxucular arasında geniş populyarlıq qazanmış nəşrin Azərbaycanın kulinariya mədəniyyətinə həsr edilən nömrəsini hazırlamaq olub. Səfər çərçivəsində o, Bakıda, Naxçıvanda, Gəncədə olub, ölkəmiz haqqında hərtərəfli məlumatlar əldə edib.

"Biz Azərbaycana səfər etməyi çox arzulayırdıq. Çünki əvvəllər də ölkənizin mədəni zənginliyi, xalqınızın nəcibliyi və qonaqpərvərliyi haqqında çox oxumuş və eşitmişdik" fikirləri ilə başlayan məktubda xanım Levai daha sonra yazır: "Əlbəttə, işin ən yaxşı tərəfi bütün bu məlumatların təcrübədə sınaqdan keçirilməsidir. İndi tam səmimiyyətlə deyə bilərəm ki, səyahətimiz zamanı getdiyimiz hər yerdə ölkənizin gözəlliyinin, insanlarınızın qonaqpərvərliyinin gözlədiyimizdən qat-qat artıq olduğunu gördük. Milli mətbəxinizlə də kifayət qədər yaxından tanış olmaq imkanı əldə etdik".

Səfərin təşkilində Azərbaycanın Macarıstandakı səfirliyinin fəaliyyətini yüksək qiymətləndirən xanım Levai V.Quliyevə və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirir. "İnanıram ki, təəssüratlarımız əsasında "Macar mətbəxi" jurnalının növbəti nömrəsində gözəl, diqqət çəkən materiallar çap olunacaq və mənim üçün onları səfirliyə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göndərmək böyük bir zövq olacaq", - deyə məktubda qeyd edilir.

Məktubun sonunda xanım Levai ölkəmizdə olduğu günlərdə böyük diqqət və qonaqpərvərlik gördüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səmimi təşəkkürlərini çatdırmağı xahiş edir.

Tarix
2015.06.12 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla