Yuxarı

Azərbaycan 18-ci oldu - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 18-ci oldu - Yeniləndi

09:39

Bu gün səhər saat 9:00-dan etibarən Bakı-2015 I Avropa Oyunlarında ilk yarış başlayıb.

Axar.az-ın məlumatına görə, ilk olaraq Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülər mübarizəyə atılıb.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək. Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

***

Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71.4333 xalla hələlik 17-ci yerdə qərarlaşıblar.

İlk üçlüyü müvafiq olaraq Rusiya, Ukrayna və İspaniya komandaları qərarlaşıb.

***

Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetiriblər. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.

Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, iyunun 15-də keçiriləcək duetlərin yarışında final mərhələsi saat 10:00-da başlayacaq.

Tarix
2015.06.12 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla