Yuxarı

“Azərbaycan bu məsuliyyətin öhdəsindən layiqincə gəldi”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan bu məsuliyyətin öhdəsindən layiqincə gəldi”

"I Avropa Oyunları beynəlxalq idman yarışı kimi Azərbaycan tarixinə həkk olunacaq",

Bu fikirləri a24.az-a Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

Onun fikrincə, bu beynəlxalq idman yarışı Azərbaycan və Avropanın idman tarixində böyük bir hadisədir: "Oyunları ilk dəfə ölkəmizdə keçirmək, qəbul etmək Azərbaycan üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Amma bu məsuliyyətin öhdəsindən də Azərbaycan layiqincə gələ bildi. Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ölkə başçısı İlham Əliyevin bu işdə çox böyük zəhmətləri oldu. Artıq Oyunların başlanmasına bir neçə saat qalıb. Dünyanın bir sıra ölkələrinin prezidentləri, yüksək vəzifəli şəxsləri bu möhtəşəm idman yarışını izləmək üçün Azərbaycana gəlib. Bununla yanaşı, Avropa və dünyanın digər regionlarından xeyli insan bu beynəlxalq idman yarışını canlı izləmək üçün paytaxt Bakımıza təşrif buyurub".

A.Mütəllibov deyib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi təsadüfi deyil: "Bu Oyunlar Avropanın digər ölkələrində də keçirilə bilərdi. Lakin sözügedən ölkələrin iqtisadi imkanları buna imkan vermədiyi üçün bu, baş tutmayıb. Amma Azərbaycan iqtisadi gücə malik olmasını bir daha Avropaya və dünyanın digər regionlarına göstərdi".

Hesab edirəm ki, bu Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyacaq. Bununla belə, Azərbaycan xalqının yaddaşında dərin iz buraxacaq.

Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edib-etməyəcəyinə gəlincə, Mütəllibov deyib: "Dişimdə yaranan kəskin ağrılarla bağlı əməliyyat olundum. Hazırda səhətim normaldır və həyati təhlükəm yoxdur. Amma bununla belə, bir sıra idman yarışlarına tamaşaçı kimi qatılacam. Oyunların açılış mərasimini isə televiziyadan izləyəcəm".

Tarix
2015.06.12 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla