Bakı 2015 İlk Avropa Oyunlarında möhtəşəm açılış
mərasimi başladı.
Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Bakı
2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva və digər rəsmi şəxslər də Olimpiya stadionuna təşrif
buyurub.
Bir neçə dəqiqədən sonra Salamlama mərhələsinə start
veriləcək.
Qeyd edək ki, rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti
Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri
Mladen İvaniç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti
Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako
Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları -
Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini,
Bolqarıstanın Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri
İrakli Qaribaşvili, Qırğızıstanın Baş nazirinin birinci müavini
Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının
sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini,
Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya
Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının
xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna
Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı
Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin
Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah
bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman
Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin
müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri
şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam
Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin
energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər
nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud,
Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De
Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri,
Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək
səviyyəli qonaqlar iştirak ediblər.
20:50
Mərasimin aparıcısı Murad Dadaşov hal-hazırda rəsmi açılış
mərasimi üçün son hazırlıqların görüldüyünü bildirilib. Təxminən 15
dəqiqə sonra açılış mərasimi start götürəcək.
***
Mərasim Alim Qasımovun ifasıyla başlayıb. Daha sonra isə "Natiq"
ritm qrupunun müşayiəti ilə Azərbaycan xalçalarının naxışlarını
xatırladan möhtəşəm görüntü meydanın ortasında əks olunmağa
başladı.
21:05
Silahlı Qüvvələrimizin 11 üzvü
Dövlət bayrağını dalğalandırır. Hal-hazırda Olimpiya Stadionunda
Dövlət himnimiz səsləndirilir.Himnimizin sədaları altında isə
Azərbaycan bayrağı ucaldıldı.
21:12
Paraolimpiya çempionu İlham Zəkiyev sonuncu məşəli Olimpiya
Stadionuna gətirdi.
***
Bu dəqiqələrdə səhnəcik göstərilir. Azərbaycanın görkəmli şairi
Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması canlandırılıb.
"Miniatür Bağı" adı verilən bu səhnə tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb.
***
Avropa Oyunlarında iştirak edəcək idmançılar təmsil olunduqları
bayraqlarla Koroğlu uverturasının müşayiəti ilə stadiona daxil
olurlar.
21:12
Albaniya, Almaniya, Andorra, Ermənistan, Avstriya, Belarus,
Belçika, Bosniya, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka,
Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya,
Böyük Britaniya, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya,
Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova,
Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya,
Rumıniya, Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya,
İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna komandaları tribunaların
önündən keçirlər.
Ən sonda isə alqış sədaları altında Azərbaycan idmançıları
tamaşaçıları salamlayırlar.
***
Məşhur müğənni Ledi Qaqa səhnədə çıxış edir.
***
Stadiona Avropa Olimpiya Komitəsinin bayrağı gətirildi.
***
Azərbaycanın birinci xanımı, Bakı 2015 Avropa Oyunlarının
təşkilatçısı Mehriban Əliyeva çıxış edir. Mehriban Əliyeva açılış
münasibətilə Azərbaycan xalqını təbrik edib:
"Əziz həmvətənlər! I Avropa Oyunlarının açılışı mərasiminə görə
bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu möhtəşəm
bayram hər bir azərbaycanlının qələbəsidir. Bu gün burada yeni
səhifə yazılır. Bu səhifəni müstəqil Azərbaycan xalqı yazır. Qoy
Tanrı Azərbaycanı hər zaman qorusun! Əziz dostlar, bu axşam biz
Avropanın idman tarixində yeni fəslə qədəm qoyuruq. Azərbaycan fəxr
edir ki, ilk Avropa Oyunları ölkəmizdə keçirilir. Mən Avropa
Oyunları Komitəsinə və onun prezidenti Patrik Hgikkiyə
minnətdarlığımı bildirmək uistəyirəm. Mən həmçinin Beynəlxalq
Olimpiya Komitəsinin prezidentinə Azərbaycan idmanına verdikləri
dəstəyə görə minnətdaram. Biz 2017-ci ildə İslam Həmrəyliyi
Oyunlartını keçirəcəyik.
Son 24 ildə ölkəmizdə inkişaf, irəliləyiş baş verib. Biz bu
oyunblara cəmi iki il yarım vaxt ərzində hazırlaşdıq. Bir çox yerli
və xarici könüllülərə minnətdarlığımı bildiririəm. Bu axşam
bizAvropanın 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq.
Mən bu oyunlara qəlbən bağlandığınıza görə, sizə təşəkkür
edirəm! Azərbaycana xoş gəlmisiniz!"
***
Daha sonra Avropa Olimpia Komitəsinin Prezidenti Patrik Hikki
çıxış edərək Azərbaycan xalqını bayram münasibəti ilə təbrik
etdi.
22:40
Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarını açıq elan
etdi.
22:52
I Avropa Oyunlarının məşəli alovlandırıldı.
23:02
I Avropa Oyunlarının rəsmi açılış mərasimi başa çatdı.