Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma
güləşçilərinin mübarizəsinə start veriləcək.
Axar.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş
tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində
mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün
çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalça üzərinə
çıxacaq.
Yunan-Roma güləşi
59 kq
Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman
Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan
həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək.
Onun döyüşü 10:49-da başlayacaq.
71 kq
71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8
finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa
çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə
moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək.
80 kq
Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq
Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa
çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının
mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə
aydınlıq gətirəcək.
98 kq
Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş
məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat
mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya
10:35-də çıxacaq.
Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start verilib.
10:24
Yunan-Roma güləşi üzrə 71 kq
çəki dərəcəsində türkiyəli güləşçi Özel Yunus belarus güləşçi Liak
Pavelə 4-1 hesabı ilə məğlub oldu.
10:41
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində almaniyalı güləşçi
Staebler Frank slovakiyalı güləşçi Yakus Voyteçi 3-0 hesabı ilə
məğlub etdi.
10:56
Hazırda Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz
Orxan Nuriyev isveçli güləşçi Tounasides Tedorla qarşılaşır.
11:00
Güləşçimiz Orxan Nuriyev isveçli güləşçi Tounasides Tedoru 3-1
hesabı ilə mğlub etdi.
O, 1/8 finalda litvalı güləşçi Lauranaitis Viliusla
qarşılaşacaq.
11:10
Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman
Muxtarov gürcü güləşçi Meladze Gizonu 3-1 hesabı ilə məğlub edərək
1/4 finala yüksəldi.
11:24
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev moldovalı güləşçi Daniel Kataraqanı 3-1 hesabı ilə məğlub
edərək 1/4 finala yüksəldi.
11:39
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov avstriyalı güləşçi Maykl Vaqneri 3-0 hesabı ilə məğlub
edərək 1/4 finala yüksəldi.
12:28
Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman
Muxtarov norveçli güləşçi Berge Stig-Andreni 3-1 hesabı ilə məğlub
edərək yarımfinala yüksəldi.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov bolqarıstanlı güləşçi Daniel Aleksandrovla güləşir.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov bolqarıstanlı güləşçi Daniel Aleksandrovu 4-0 hesabı ilə
məğlub edərək yarımfinala yüksəldi.
12:40
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev xorvatiyalı güləşçi Dominik Etlingeri 3-0 hesabı ilə məğlub
edərək yarımfinala yüksəldi.
***
Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman
Muxtarov yarımfinalda rusiyalı güləşçi Stepan Maryanyana 4-1 hesabı
ilə məğlub olub.
13:19
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev bolqarıstanlı güləşçi Svilen Kostadinovu 4-0 hesabı ilə
məğlub edərək finala yüksəlib.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev 1/4 finalda rusiyalı güləşçi İslam Maqomedova 3-1 hesabı
ilə məğlub olub.
13:45
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov türkiyəli güləşçi Cəbi Səlçuku 4-0 hesabı ilə məğlub
edərək finala yüksəlib.
14:24
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşəcək. Final
qarşılaşması bu gün saat 19:35-də Heydər Əliyev adına İdman
Arenasında baş tutacaq.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevlə qarşılaşacaq. Final
qarşılaşması bu gün saat 19:56-da Heydər Əliyev adına İdman
Arenasında olacaq.
***
Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman
Muxtarov erməni güləşçi Roman Amoyanla bürünc medal uğrunda
mübarizə aparacaq. Qarşılaşma bu gün saat 19:00-da Heydər Əliyev
adına İdman Arenasında keçiriləcək.
15:03
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev təsəlliverici mərhələnin ikinci raundunda estoniyalı
güləşçi Ardo Arusarı 3-0 məğlub edib.
O, bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenklə
qarşılaşacaq. Görüş bu gün saat 20:10-da baş tutacaq.
19:02
Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman
Muxtarov erməni güləşçi Roman Amoyanla bürünc medal uğrunda
mübarizə aparır.
19:13
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək
bürünc medalı qazandı.
20:08
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşür.
20:15
Rəsul Çunayev rəqibini 3-1 hesabı ilə məğlub edərək qızıl medala
sahib oldu.
20:41
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevlə qarşılaşır.
20:47
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
21:12
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenklə
qarşılaşır.
21:23
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.