Yuxarı

Karateçilərimizdən möhtəşəm qələbə

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karateçilərimizdən möhtəşəm qələbə

Bakı-2015 Avropa Oyunlarında karate idman növündə yarışlar başladı.

Axar.az xəbər verir ki, "Kristal Zal"da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq.

Kumite

Kişilər

60 kq

A qrupu

Bu çəkidə tatamiyə çıxacaq Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gələcək. Onun növbəti görüşlərdə rəqibləri albaniyalı Halil Marqeşi və italiyalı Luka Mareska olacaq.

67 kq

A qrupu

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq.

75 kq

A qrupu

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.

Qadınlar

50 kq

A qrupu

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. O, ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz ardınca müvafiq olaraq, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleçlə üz-üzə gələcək.

55 kq

B qrupu

Yığmamızın üzvü İlahə Qasımov birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirəcək. İkinci görüşündə türkiyəli Tuba Yakanla qarşılaşacaq həmyerlimiz qrupda son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək.

61 kq

B qrupu

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.

10:36

A qrupunda yer alan idmançımız Nuranə Əliyeva xorvatiyalı rəqibinə uduzub.

11:05

55 kq-da mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

50 kq-da ölkəmizin idman şərəfini qoruyan Nuranə Əliyeva ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirib. karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb və qrup sonuncusu kimi vaxtından əvvəl Oyunlarla vidalaşıb.

***

Və kişilər arasında ilk temsilçimiz qalib gəldi. 60 kq çəkidə yarışan Firdovsi Fərzəliyev rəqibi, Qomez Qarsiya Matiesi məğlub etdi.

11:16

67 kq çəkidə çıxış edən təmsilçimiz Niyazi Əliyev gürcü rəqibi İrakli Tkebuçavaya qalib gəldi.

11:26

A qrupunda 60 kq çəkidə çıxış edən Firdovsi Fərzəliyev italyan rəqibi Luka Mareskanı məğlub etdi.

11:35

Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında karate yarışlarında Azərbaycan idmançısı İlahə Qasımova yarımfinala yüksəlib.

***

Niyazi Əliyev 67 kq çəkidə rəqibi Da Kosta Stiveni məğlub etdi.

11:48

Azərbaycan təmsilçisi Firdovsi Fərzəliyev albaniyalı rəqibi Halil Marqeşini 6-0 hesabı ilə məğlub etdi.

12:05

67 kq çəkidə döyüşən Azərbaycan təmsilçisi Niyazi Əliyev ispan rəqibi Manuel Rasero Ruizi məğlub etdi.

12:19

75 kq çəkidə döyüşən Azərbaycan təmsilçisi Rafael Ağayev ukraynalı rəqibi İlya Nikulini 3-0 hesabı ilə məğlub etdi.

13:06

Azərbaycan təmsilçisi Rafael Ağayev latviyalı rəqibi Ruslan Sadıqovu məğlub etdi.

Tarix
2015.06.13 / 13:06
Müəllif
Şəmsəddin, Nilufər
Digər xəbərlər

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla