Yuxarı

“Məşəli Qarabağ qazisinin gətirməsi ciddi mesaj idi”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məşəli Qarabağ qazisinin gətirməsi ciddi mesaj idi”

"Bundan sonra Avropa Olimpiya Oyunlarının alovu hər zaman Azərbaycandan, Atəşgahdan götürüləcək və inanmıram ki, bugünkü möhtəşəm açılış yaxın illərdə hansısa ölkədə təkrarlansın".

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşərkən yazıb. Onun sözlərinə görə, xarici qonaqların heyranlığını görməyə dəyərdi:

"Çoxlu sayda ölkənin prezidenti, baş naziri, hökumət və parlament təmsilçisinin də iştirak etdiyi tədbirdə idmançılarımız dəqiqələrlə ayaqda alqışlandı. İnsanlarımızın ən çox alqışladığı digər ölkə isə qardaş Türkiyə idi və məncə, türklər sözün həqiqi mənasında özlərini vətənlərində hiss etdilər. 16 gün ərzində bütün azarkeşlərimizin onları yüksək səviyyədə dəstəkləyəcəyinə inanıram. Cənab Prezidentimizə, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanıma və bütün əməyi keçənlərə təşəkkür edirəm".

Millət vəkili bildirib ki, məşəli İlham Zəkiyevin gətirməsi əslində ciddi bir mesaj oldu:

"Məşəli açılış mərasiminə Qarabağ müharibəsində iki gözünü itirmiş qəhrəmanımız, dəfələrlə olimpiya çempionu olmuş İlham Zəkiyev gətirdi və Olimpiya alovunu alovlandırdı. Bu əslində ciddi bir məsaj idi. Bir neçə xarici dostumuz onun gözləri ilə bağlı verdiyi sualın cavabından çox təsirlənmişdi. Hətta onunla bağlı daha geniş məlumat da istədilər. O məşəli açılışa gözlərinin işığını Qarabağda itirən, amma buna rəğmən dünyanın ən tanınmış idmançılarından biri olan İlham bəyin gətirməsi Təşkilat Komitəsinin ən gözəl addımlarından biri idi".

Tarix
2015.06.13 / 12:14
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla