Yuxarı

Aydın Mirzəzadə: “Bu, fantastik bir şou oldu”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Mirzəzadə: “Bu, fantastik bir şou oldu”

"İlk andan fantastik bir şou-tamaşanın olacağı gözlənilən idi".

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı öz təəssüratlarını bölüşərkən yazıb. Onun sözlərinə görə, açılış böyük bir bayramın uğurlu keçəcəyinə yaxşı bir zəmanət idi:

"Proqram çox gözəl hazırlanmışdı. Aparıcılar, musiqi nömrələri, rəqslər bir-birini tamamlayırdı. Gün batandan sonra telefondakı işıqların yandırılması ilə proqramın dəstəklənməsi özünü doğrultdu. Qədim tariximiz çox gözəl tamaşa və səhnə tapıntıları ilə dünyanın diqqətini özünə yönəldə bildi. Bu həm şou, həm də dünyaya Azərbaycanı tanıtmaq imkanı idi. Belə bir səhnəyə görə ssenaristlərə böyük təşəkkür düşür. Açılışın ən maraqlı hissəsi isə səhnənin parçlanaraq dağa çevrilməsi, səhnədə gölün, yaşıllığın peyda olması və çatlarda od vasitəsi ilə insan obrazının yaranması oldu. Açılış Bakı-2015-in təşkilat komitəsinin sədri Mehriban xanımın, Avropa Olimpiya Komitələri sərdinin təbrik sözləri ilə sona yaxınlaşdı. Prezidenti cənab İlham Əliyevin Birinci Avropa Oyunlarını açıq elan etməsi Azərbaycan dövlətinin öz üzərinə düşən məsuliyyəti yüksək şəkildə yerinə yetirməsinin elanı idi. Sonda məşəlin gözlənilməyən yerdən qalxması isə hamı üçün gözlənilməz oldu . Avropa Oyunlarının açılışı böyük bir bayramın uğurlu keçəcəyinə yaxşı bir zəmanət idi. Azərbaycan bunu bacardı!"

Tarix
2015.06.13 / 12:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla