Yuxarı

Oyunların ilk çempionu danışdı: “Möhtəşəm yarışdı”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyunların ilk çempionu danışdı: “Möhtəşəm yarışdı”

Bakı-2015 I Avropa Oyunlarının ilk qızıl medalının sahibi İsveçrə velosipedçisi Yolanda Neff oldu.

Axar.az xəbər verir ki, yarışın tarixinə düşən 22 yaşlı idmançı çempionluğunu belə şərh edib:

"Avropa Oyunlarının ilk qalibi olduğum üçün qeyri-adi hisslər keçirirəm. Komanda yoldaşım Katrin Stirnemannın 2-ci yeri tutmasına da sevindim. Bu da çox əla oldu. 3-cü olan polşalı Maya Vloçovska da yaxın rəfiqəmdir. Bakıda keçirilən Avropa Oyunları möhtəşəm yarışdır".

Bakı-2015-in ilk mükafatçıları sırasına gümüş medalla düşən Katrin də sevincini gizlətməyib:

"Möhtəşəm hisslər keçirirəm. İlk üçlüyə düşəcəyimi heç gözləmirdim. Son bir neçə həftədə xəstə olduğumdan ciddi uğura ümid etmirdim. Amma yarışın belə yaxşı nəticələnməsi ideal oldu".

Xatırladaq ki, Neff dağ velosipedi idmanında bütün rəqiblərini arxada qoyub, çempion tituluna yiyələnib.

Tarix
2015.06.13 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla