Yuxarı

Bakı-2015: Mingəçevirdə 1 idmançımız finalda - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Mingəçevirdə 1 idmançımız finalda - Yeniləndi

09:36

Bu gün I Avropa Oyunlarında avarçəkmə yarışları başlayıb.

Axar.az xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın ilk günü 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər start götürüb.

14 nəfər iki yürüşdə qüvvəsini sınayır. Azərbaycanı təmsil edən Taras Matviyçuk da mübarizəyə başlayır.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında isə 31 idmançı mübarizə aparacaq. İlkin mərhələdə 4 yürüş start götürəcək. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayacaq.

10:07

Təmsilçimiz Taras Matviyçuk ilk "7-lik"də mübarizəyə başlayıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qət edərək finişi 4-cü keçib və növbəti mərhələyə yüksəlməyi bacarıb.

10:25

Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayıb.

Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə əldə edib. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilməyib.

12:32

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk "7-lik"də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz sabah saat 15:54-də start götürəcək yarımfinalda 4-cü zolaqda mübarizə aparacaq.

15:26

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ bilib.

Qadınların kayak qayıqlarında 500 metr məsafəyə yarışında isə 18 idmançı çıxış edib. Yığma komandamızın üzvü İnna Rdomska-Osipenko 2-ci yürüşdə 8-ci zolaqda start xəttinə çıxıb və 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.

Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İnna Rdomska-Osipenko ilə yanaşı, Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.

19:08

İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.
İdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.
Tarix
2015.06.14 / 19:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla