Bu gün Bakıda Birinci Avropa Oyunları çərçivəsində
güləş, avarçəkmə, idman gimnastikası, karate, sinxron üzgüçülük,
stolüstü tenis, su polosu, sriatlon və voleybol üzrə yarışlar
olacaq.
Axar.az xəbər verir ki, karate üzrə ilk öncə saat 10:00-da
Kristal Zalda kişilər və qadınlar arasında Kata seçmə mərhələsi
keçiriləcək.
Daha sonra müvafiq olaraq qadınlar arasında 68 kq və kişilər
arasında 84 kq çəkidə Kumite seçmə mərhələsi baş tutacaq. Seçmə
mərhələnin ardından 3 saatlıq fasilədən sonra kişilər və qadınlar
arasında Kata yarımfinal mərhələsi baş tutacaq. Daha sonra qadınlar
arasında 68 kq və kişilər arasında 84 kq çəkidə mübarizə aparan
idmançılar arasında Kumite üzrə yarımfinal görüşü baş tutacaq.
Daha sonra müvafiq olaraq öncə Kata, sonra Kumite üzrə medal
mərhələsi keçirilərəcək. Sonda qaliblərin mükafatlandırma mərasimi
baş tutacaq. Mükafatlandırma mərasimində rəsmilərin iştirakı
gözlənilir.
Qeyd edək ki, kişilər arasında Kata üzrə seçmə mərhələsinin B
qrupunda 84 kq çəkidə azərbaycanlı karateçi Tural Balcanlı
yarışacaq. Qadınlar arasında Kata üzrə seçmə mərhələnin B qrupunda
ölkəmizi 68 kq çəkidə mübarizə aparacaq Adilə Qurbanova təmsil
edəcək. Kumite üzrə müvafiq olaraq ölkəmizi seçmə mərhələnin B
qrupunda kişilər arasında 84 kq çəkidə Ayxan Mamayev və seçmə
mərhələnin A qrupunda qadınlar arasında 68 kq çəkidə 19 yaşlı İrina
Zaretska təmsil edəcək.
Oyunların nəticələrini təqdim edəcəyik. İdmançılara uğurlar arzu
edirik.
10:18
İlk görüş həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet
arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, 0:5
hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min
olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq
Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.
10:53
Tural Balcanlı fransalı Dak Mindən də zəif təsir bağışlayıb -
0:5. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta
Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.
11:21
Qrupda sonuncu yeri tutan Tural Balcanlı növbəti mərhələyə
yüksələ bilməyib.
11:30
Adilə Qurbanova da yarışla əvvəl vidalaşıb. Dünya kubokunun
ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və
xorvatiyalı Vlatka Kiuki qarşısında aciz qalıb.
11:34
Hazırda Azərbaycan təmsilçisi İrina Zaretska ilə ispan təmsilçi
Kristina Vizkaino döyüşür.
11:36
Təmsilçimiz İrina Zaretska ispaniyalı rəqibinə qalib gələrək
növbəti mərhələyə yüksəldi 6-1.
11:39
Karate üzrə 68 kq çəkidə Azərbaycan təmsilçisi Aytən Səmədli ilə
Xorvatiya təmsilçisi Masa Martinoviç tatami üzərində güclərini
sınayır.
11:45
Aytən Səmədli xorvatiyalı idmançıya məğlub oldu.
11:57
Kumite üzrə A qrupunda 68 kq çəkidə Azərbaycan təmsilçisi İrina
Zaretska ilə Avstiya təmsilçisi Teresa Buçinqer yarışdı. 1-ci
tatamidə yarışan idmançılar arasında qalib avstriyalı xanım
karateçi oldu.
12:02
Hazırda qadınlar arasında Kumite üzrə 68 kq dərəcəsində
təmsilçimiz Aytən Səmədli ilə fransız idmançı Nadeqe İbrahim
döyüşür.
12:05
Aytən Səmədli 2-ci görüşündə də məğlub oldu. Fransalı idmançı
5-0 qalib gəldi.
12:11
Təmsilçimiz İrina Zaretska yunanıstanlı idmançı Vasiliki
Panetsidounu məğlub etdi 1-0.
12:25
Qadınlar arasında kumite üzrə 68 kq çəkidə mübarizə aparan
Azərbaycan təmsilçisi Aytən Səmədli ilə İsveçrə təmsilçisi Hana
Antunoviç yarışıb. Tatami 1-də baş tutan döyüşdə təmsilçimiz 9:1
hesabı ilə məğlub olub.
***
Kişilər arasında kumite üzrə 84 kq çəkidə mübarizə aparan
təmsilçimiz Ayxan Mamayevlə Yunanıstan təmsilçi M.G.Tzanos yarışa
başladı.
12:34
Mamayev rəqibi Tzanosla döyüşdə bərabərliyə razı oldu.
12:38
Tatami 2-də kumite üzrə 84 kq çəkidə Azərbaycan təmsilçisi Şahin
Atamovla Türkiyə təmsilçisi Enes Erkanın yarışı baş tutub.
Yarış Türkiyə idmançısı Enes
Erkanın 10:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
12:55
Tatami 2-də azərbaycanlı idmançı Ayxan Mamıyevlə ukraynalı
idmançı Yaroslav Horunanın döyüşü baş tutub. İdmançımız zədələnsə
də oyunu sona qədər davam etdirə bilib.
Kişilər arasında kumite üzrə 84 kq çəkidə 6:3 hesabı ilə
ölkəmizi təmsil edən Ayxan Mamayev qalib olub.
13:32
Kumite 84 kq çəki dərəcəsində
Azərbaycan təmsilçisi Ayxan Məmiyevle Fransa təmsilçisi Kenji
Qrillonun görüşü keçirilib.
Gərgin keçən döyüş 6:1 hesabı ilə başa çatıb. Azərbaycan
təmsilçisi Ayxan Məmiyev qalib olaraq yarımfinala vəsiqə
qazanıb.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının birinci
vitse-prezidenti Füzuli Musayev də tamaşaçılar arasındadır. O,
Ayxan Məmiyeve böyük dəstək verib.
***
Kumite 84 kq çəkidə yarımfinal uğrunda mübarizə baş tutub. Bu
oyunda Azərbaycan təmsilçisi Şahin Atamovla Yunanıstan təmsilçisi
S. Marqaritopolos üz-üzə gelib. Yunan idmançı qalib gələrək
yarımfinala vəsiqə qazanıb.
16:17
Kumite 68 kq çəkidə qırmızı kəmərdə Azərbaycan təmsilçisi İrina
Zaretska ilə göy kəmərdə Makedoniya təmsilçisi Marina Rakoviç
tatami üzərine çıxıb. Yarımfinal döyüşünün qalibi azərbaycanlı
xanım olub ve finala vəsiqə qazanıb.
16:35
Kişilər arasında Kumite 84 kq çəki dərəcəsində Kosova təmsilçisi
Alvin Karaqi ilə Azərbaycan təmsilçisi Ayxan Mamayev üz-üzə gəlib.
Görüşün qalibi açıq üstünlüklə Azərbaycan təmsilçisi olub. 6:1
hesabı ilə qələbə qazanan Mamayev finala vəsiqə qazanıb.
18:07
Kumite 68 kq çəkidə qırmızı kəmərdə Azərbaycan təmsilçisi İrina
Zaretska final uğrunda görüşə çıxıb. O, avstriyalı karateçi ilə
qarşılaşır.
18:09
İrina Zaretska rəqibinə 8-1 hesabı ilə qalib gələrək qızıl medal
qazanıb.
18:55
Kumite 84 kq çəki dərəcəsində təmsilçimiz Ayxan Mamayev qızıl
medal uğrunda yunan Mixail Georgiosla görüşür.
19:00
Ayxan Mamayevlə yunan karateçi arasında görüş 1:1 hesabı ilə
başa çatıb. Hakimlər üstünlüyü karateçimizə veriblər və beləliklə,
Azərbaycan qızıl medallarının sayını 5-ə yüksəldib.