İlk Avropa Oyunlarında yunan-Roma güləşçilərinin
mübarizəsinə bu gün yekun vurulacaq.
Axar.az xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85
və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq
gətirəcəklər.
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu
gün də bütün çəki dərəcələrində təmsil olunacaq. Cəmşid
Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan
Oyunlarda mükafat sayını artıracağı gözlənilir.
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat
mərhələsindən başlayacaq. 25 yaşlı pəhləvanımız ilk görüşündə
gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayacaq.
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk
mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə
gələcək.
85 kq
Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə
italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. O,
mərhələ adlayarsa, Maksim Manukyan (Ermənistan) – Artur Omarov
(Çexiya) cütünün qalibi ilə güləşəcək.
130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda
Mikola Kuçmi ilə güləşəcək.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71
kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq)
bürünc medal qazanıb.
10:21
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat
mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə
gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə
qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə
güləşəcək.
10:21
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat
mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə
gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb. Təmsilçimiz 4-2
hesabı ilə rəqibinə qalib, 8/1 finala yüksəlib.
11:05
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk
mərhələdən qoşulub. O, slovakiyalı Riçard Riqo ilə qarşılaşır.
11:08
Elvin Mürsəliyevin startı uğurlu alınıb. O, slovakiyalı Riçard
Riqonu vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə
yüksəlib.
12:28
66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev 2-ci görüşündə -
1/8 finalda xorvatiyalı idmançı Daniel Janeciclə qarşılaşıb. Həsən
Əliyev ilk hissəni 4:0 başa vurub. İkinci hissədə də üstünlüyü
qoruyan idmançımız aktivinə bir xal da əlavə edərək görüşü 5:0 başa
vurub və 1/4 finala vəsiqə qazanıb.
***
Rumın idmançının xəbərdarlığı olduğu üçün qələbə idmançımıza
verilib. Beləliklə, Elvin növbəti mərhələyə adlayıb.
12:44
130 kq çəki
dərəcəsində çıxış edən güləşçimiz
Sabah Şəriəti 1/8 finalda ukraynalı Mikola Kuçmi ilə
qarşılaşır.
12:48
Sabah Şəriəti rəqibinə 4:0 hesabı ilə qalib gələrək növbəti
mərhələyə adlayıb.
13:03
66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev 1/4 finalda
belaruslu Mixail Siaminou ilə güləşir.
13:09
Həsən Əliyev rəqibinə 3-0 hesabı ilə qalib gələrək yarımfinala
yüksəlib.
13:17
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində çıxış edən Həsən
Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyanla
qarşılaşacaq. Görüş bir neçə dəqiqə sonra start götürəcək.
13:28
130 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Sabah Şəriəti 1/4
finalda gürcü Yakobi Kayaya ilə qarşılaşır.
13:35
Sabah Şəriəti rəqibinə 3-1 qalib gələrək yarımfinala
yüksəlib.
14:02
Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin
Mürsəliyev 1/4 finalda rusiyalı güləşçi Çingiz Labazanovla
qarşılaşır.
14:05
130 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Sabah Şəriəti
yarımfinalda belaruslu Yoseb Çuqaşvili ilə qarşılaşır.
***
Sabah Şəriəti rəqibinə 5-0 qalib gələrək finala yüksəlib.
14:11
Yunan-Roma güləşi
üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev 1/4 finalda
rusiyalı güləşçi Çingiz Labazanova 3-1 qalib gələrək
yarımfinala yüksəlib.
14:24
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində çıxış edən Həsən
Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyanla
qarşılaşır.
14:34
Həsən Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyana 1-3
hesabı ilə məğlub olub.
14:55
Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin
Mürsəliyev yarımfinalda Zurabi Datunaşvili ilə qarşılaşır.
15:03
Elvin Mürsəliyev rəqibini 3-1 hesabı ilə məğlub edərək finala
yüksəlib.
15:54
Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin
Mürsəliyev finalda serbiyalı Viktor Nemeslə qarşılaşacaq. Görüş bu
gün saat 19:35-də baş tutacaq.
***
Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində çıxış edən Sabah
Şəriəti finalda türkiyəli Rıza Kayaalpla qarşılaşacaq. Görüş bu gün
saat 20:17-də baş tutacaq.
***
66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev isə bürünc medal
uğrunda serbiyalı Aleksandr Maksimoviçlə görüşəcək. Qarşılaşma
19:00-da başlayacaq.
19:15
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində çıxış edən Həsən
Əliyev bürünc medal uğrunda serbiyalı Aleksandr Maksimoviçi 3-0
məğlub edib.
20:06
Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin
Mürsəliyev finalda serbiyalı Viktor Nemeslə qarşılaşır.
20:16
Elvin Mürsəliyev rəqibini 3-1 hesabı ilə məğlub edərək qızıl
medalı qazanıb.
21:25
Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində çıxış edən Sabah
Şəriəti finalda türkiyəli Rıza Kayaalpla qarşılaşır.
21:38
Sabah Şəriəti rəqibinə 3-1 hesabı ilə məğlub olaraq gümüş medalı
qazanıb.