Bu gün Bakı-2015 I Avropa Oyunlarında kişilər arasında
gimnastika yarışları keçirilir.
Axar.az xəbər verir ki, bu gün start götürın idman gimnastikası
iyunun 20-dək davam edəcək. Yarış ilk olaraq kişilərin
mübarizəsiylə start götürüb.
Təsnifat mərhələsində qadınlar 8, kişilər 5 qrupda qüvvələrini
sınayırlar.
Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış
edir. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina
Pravdina mübarizə aparır.
Kişilərin mübarizəsində isə idmançılarımız 3-cü qrupda yarışır.
Burada ölkəmizi Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyuk təmsil
edir.
12:32
Qadınların fərdi yarışında ilk
iki hərəkətin nəticələrinə əsasən rusiyalı Aliyə Mustafina
birincidir – 30,333 xal.
Hələlik iki
hərəkətdə çıxış edən 25 idmançı arasında Marina 8-ci, Yuliya 8-ci,
Kristina 18-ci pillədə qərarlaşıb.
Komanda hesabında
isə 49,098 xala malik yığmamız hələlik 5-ci
yerdədi.
Kişilərin
mübarizəsində ölkəmizi təmsil edən Oleq Stepko, Eldar Səfərov və
Petro Paknyuk hələlik mübarizəyə qoşulmayıblar.
15:15
Kişilər arasında Gimnastika
Atı növündə həmyerlimiz Oleq Stepko 15,333 xalla cədvələ liderlik
edir. Digər idmançımız Petro Paknyuk 14,633 xalla 7-ci, Eldar
Səfərov 9,133 xalla 40-cı pillədə qərarlaşıb.
Halqa yarışlarında isə cədvələ Yunanıstan başçılıq edir. Belə
ki, Eleftherios Petrounias 15,733 xal qazanıb. İkinci pillədə
Ukrayna idmançısı 15,200 xalla Oleq Verniayev, üçüncü pilədə isə
rusiyalı idmançı 15,000 xalla Nikiya İqnatyev qərarlaşıb.
Azərbaycanlı idmançı Oleq Stepko isə 14,700 xalla ilk dördlüyə
daxil ola bilib.
16:10
Hazırda idman gimnastikası yarışları davam edir. Gimnastlarımız
medallar uğrunda mübarizəni davam etdirirlər.
İdman gimnastikası üzrə kişilər arasında çoxnövçülük
yarışlarının təsnifat mərhələsinin nəticələrinə görə Azərbaycan
komandası 29,966 xalla birinci pillədə qərarlaşıb. İkinci yerdə
İspaniya komandası (29,50), üçüncü yerdə isə Rusiya gimnastlarıdır
(29,50).
17:05
Qadınların fərdi yarışında ilk iki hərəkətin nəticələrinə əsasən
rusiyalı Aliyə Mustafina liderliyi ələ alıb – 30,333 xal.
Azərbaycan təmsilçilərindən Marina Nekrasova 24,666, Yuliya İnşina
23,266, Kristina Pravdina 22,932 xal toplayıb. Hələlik iki
hərəkətdə çıxış edən 57 idmançı arasında Marina 25-ci, Yuliya
39-cu, Kristina 40-cı pillədə qərarlaşıb.
Komanda hesabında isə 49,098 xala malik yığmamız hələlik 10-cu
yerdədir.
Kişilərin mübarizəsində 3 hərəkətdən sonra ukraynalı Oleq
Vernyayev liderliyə yüksəlib. Onun hesabında 15,000 xal var.
Rusiyalı David Belyavski 44,000 xalla 2-ci, Azərbaycanıi təmsil
edən Oleq Stepko 43,899 xalla 3-cü pillədədi. Eldar Səfərov 33,632
xalla 44-cü, Petro Paknyuk 29,466 xalla 45-cidi.
Hesabında 86,098 xal olan yığmamız komanda hesabında hələlik
3-cüdür.