Yuxarı

Erməni məşqçi: "Bakıda bizdən nə asılı idisə, etdik"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni məşqçi: "Bakıda bizdən nə asılı idisə, etdik"

"Roman Amoyan sona qədər mübarizə apardı. Ondan nə asılı idisə, hamısını etdi. Amma zədəsi ona mane oldu".

APA-nın xəbərinə görə, bu sözləri yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Samvel Qevorqyan deyib.

I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çıxış edən Ermənistan idmançısı Roman Amoyan yarışları əliboş tərk edib. Bürünc medal uğrunda görüşdə həmyerlimiz Elman Muxtarovla qarşılaşan erməni güləşçisi böyük hesabla (1:9) uduzub.

Bununla bağlı ölkəsinin mətbuatına fikirlərini bölüşən Qevorqyan yetirməsinin məğlubiyyətini belə şərh edib: "Birinci görüşdə Romanın barmağı qırıldı. Biz onun yarışdakı çıxışından razı qaldıq. Sizi əmin edirəm ki, zədəsi olmasaydı, Amoyan vətənə mütləq medalla qayıdardı. Yarışdan sonra Roman müayinədən keçdi. O, yarışda 5-ci yeri tutdu. Bu, Avropa Oyunlarında pis nəticə deyil".

Tarix
2015.06.14 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla