Yuxarı

Bakı-2015: Azərbaycan triatlonda bürünc qazandı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Azərbaycan triatlonda bürünc qazandı

Avropa Oyunlarında kişilər arasında triatlon yarışlarına yekun vurulub.

Axar.az xəbər verir ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov kişilər arasında mübarizəni üçüncü sırada başa vuraraq bürünc medal qazanıb.

Böyük Britaniyalı idmançı Benson Qordon birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.

Azərbaycan idmançısı Rostislav Pevtsov isə 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə ilə üçüncü yerə çıxıb.

Çempion Benson Qordon "Rio 2016" Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak etmək hüququ qazanıb.

Beləliklə, Rostislav Pevtsov Bilgəh çimərliyində keçirilən kişilər arasında triatlon yarışında ona göstərilən etimadı doğruldub. Məşqçisi və komanda yoldaşları triatlon yarışında bu qələbəni Azərbaycana gətirməyə ən real namizəd kimi məhz onu görürdülər.

Rostislav Pevtsov 2002-ci ildən yarışlara başlayıb. Ötən ildən Azərbaycan milli komandasında çıxış etməyə başlayan triatlonçu 2014-cü ildə Macarıstanda keçirilən dünya kuboku yarışında ikinci yeri tutub. Hollandiyada təşkil edilən Avropa çempionatının estafet yarışında birinci olan R.Pevtsov Asiya kubokunda ikinci, 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında isə üçüncü yeri tutub.

Tarix
2015.06.14 / 14:44
Müəllif
Əli Taleh
Digər xəbərlər

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla