Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst
üsuldə güləş yarışlarına start verilir.
Axar.az xəbər verir ki, xanım
güləşçilər bu gün 4 çəki dərəcəsində mübarizə aparacaq.
48 kq
Mariya Stadnik sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi
Liliana Kosta Dos Santosla görüşəcək. İdmançımız saat 10:21-də
döşək üzərinə çıxacaq.
55 kq
Natalya Sinişin İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda
üzləşəcək. Görüş saat 10:00-da başlayacaq.
60 kq
Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe
Yusinlə görüşəcək. Güləşçilər xalça üzərinə saat 10:14-də
çıxacaq.
69 kq
Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya
Vorobyova ilə görüşəcək. Görüş 10:49-da başlayacaq.
10:04
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya
Sinişin italiyalı Patrisia Luizzə 4-0 qalib gələrək 1/4 finala
yüksəlib.
10:11
Sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində çıxış edən Yuliya
Ratkeviç Bolqarıstandan Talbe Yusinlə görüşür.
10:17
Güləşçimiz rəqibinə 4-1 məğlub olub.
***
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya
Stadnik Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla
qarşılaşır.
10:20
Güləşçimiz rəqibini 4-1 məğlub edərək növbəti mərhələyə
adlayıb.
11:10
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya
Sinişin 1/4 finalda türkiyəli Gün Bediha ilə qarşılaşıb. Görüş
güləşçimizin 5-0 qələbəsi ilə başa çatıb. Natalya Sinişin
yarımfinala yüksəlib.
***
Sərbəst güləş üzrə 69 kq çəki dərəcəsində çıxış edən güləşçimiz
Nadia Muşka rusiyalı Natalya Vorobyova ilə qarşılaşıb. Görüş
güləşçimizin 3-0 məğlubiyyəti ilə başa çatıb.
11:25
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya
Stadnik 1/4 finalda fransalı Culiya Sabati ilə qarşılaşıb. Stadnik
rəqibinə 4-0 qalib gələrək yarım finala yüksəlib.
***
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya
Sinişin yarımfinalda isveçli Sofia Matsonla qarşılaşıb. Görüş
güləşçimizin 3-1 məğlubiyyəti ilə başa çatıb.
11:50
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya
Stadnik yarımfinalda polşalı İvona Matkovska ilə qarşılaşıb.
Stadnik rəqibinə 5-0 qalib gələrək finala yüksəlib.
***
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya
Stadnik finalda bolqarıstanlı Elitsa Yankova ilə görüşəcək. Final
qarşılaşması bu gün saat 19:14-də baş tutacaq.
***
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya
Sinişin isə bürünc medal uğrunda ukraynalı Tatyana Kitlə görüşəcək.
Qarşılaşma bu gün saat 19:28-də keçiriləcək.
19:17
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya
Stadnik finalda bolqarıstanlı Elitsa Yankova ilə görüşür.
19:21
Sərbəst güləş üzrə 48
kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik finalda bolqarıstanlı
Elitsa Yankova ilə görüşüb və vaxtından əvvəl qələbə qazanaraq
(12-1) olimpiya çempionu olub.
19:37
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya
Sinişin isə bürünc medal uğrunda ukraynalı Tatyana Kitlə
görüşür.
19:46
Sərbəst güləş üzrə 55
kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal
uğrunda ukraynalı Tatyana Kitlə qarşılaşıb. Görüş təmsilçimizin
10-0 hesablı qələbəsi ilə yekunlaşıb.