Yuxarı

Kişi gimnastlarımız 14-cü medalımızı qazandı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişi gimnastlarımız 14-cü medalımızı qazandı - Yeniləndi

10:45

Birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının 2-ci gününə start verilib.

Axar.az xəbər verir ki, bu gün həm kişi, həm qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.

Qeyd edək ki, ötən gün idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə əsasən kişilər arasında fərdi yarışlarda üç hərəkətdən (sərbəst hərəkətlər, at üzərində hərəkətlər, halqalar) sonra ukraynalı Oleq Vernyayev (45,000) liderdir. Rusiya idmançısı David Belyavski bu günün ikincisi olub (44,000). Ölkəmizi təmsil edən Oleq Stepko isə hesabında 43,899 xalla üçüncü pillədədir.

Kişilər arasında komanda yarışlarında Ukrayna gimnastları (88,598) birinci, Rusiya komandası (88,199) ikinci, Azərbaycan gimnastları isə (86,098) üçüncü pillədə qərarlaşıb.

Qadınlar arasında komanda yarışlarında Rusiya komandası 60,165 xalla birinciliyini qoruyur. İkinci pillədə Almaniya gimnastları (58,066), üçüncü isə Macarıstan (55,964) idmançılarıdır.

Qadınların fərdi yarışlarında iki hərəkətin (müxtəlif hündürlüklü qollar, dayaqla tullanma) yekununa görə rusiyalı Aliya Mustafina ən yüksək nəticə göstərib. İkinci və üçüncü yerləri də onun həmyerliləri tutublar.

11:55

İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının təsnifat mərhələsinin ikinci günün liderləri müəyyənləşib.

Qadınlar arasında komanda yarışlarında britaniyalılar üstün olub. 107,964 xal toplayan ingilislər birincidir. 98,698 xalla Ukrayna ikinci, 95,964 xalla Belarus üçüncüdür.

Millimiz 49,098 xalla 18-ci pillədədir.

16:01

Azərbaycan gimnastları Bakıda I Avropa Oyunları çərçivəsində yarışların ikinci günündə çıxış ediblər.

Kişilər arasında idman gimnastikası üzrə təsnifat mərhələsində Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil edirlər.

Qadınlar arasında idman gimnastikası üzrə təsnifat mərhələsində isə ölkəmizi Marina Nekrasova, Yuliya İnşina və Kristina Pravdina təmsil edirlər.

Azərbaycan atletləri ölkəni kişi və qadınlar arasında idman gimnastikası üzrə komanda yarışlarında da təmsil edir.

Kişi gimnastlarımızdan Oleq Stepko Ukrayna və Rusiya idmançılarından sonra üçüncüdür. O, 88,231 xal qazanıb.

Ümumilikdə qadınlar arasında fərdi hesabda 80 gimnast, kişilər arasında 73 gimnast, komanda yarışlarında isə qadınlar arasında 25 komanda, kişilər arasında 26 komanda iştirak edir.

17:18

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb.

19:25

Bakı-2015 Avropa Oyunlarında qadınlar arasında idman gimnastikası üzrə çöxnövçülükdə komanda yarışları yekunlaşıb.

Trend-in məlumatına görə, birinci yeri Rusiya komandası, ikinci yeri Almaniya komandası tutub.

Niderland gimnastları isə üçüncü yerlə kifayətləniblər.

Tarix
2015.06.15 / 19:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla