Yuxarı

Bakı-2015: Stolüstü tennisdə çempion Almaniya oldu - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Stolüstü tennisdə çempion Almaniya oldu - Canlı yayım

Bakı İdman Zalında Birinci Avropa Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarının final mərhələsi oynanılır.

Axar.az xəbər verir ki, hazırda komanda yarışlarında Çexiya və Ukrayna bürünc medal uğrunda mübarizə aparır.

Həlledici oyunda Çexiyanı təmsil edən Hana Matelova, Renata Stribkova cütlüyü ukraynalı Qana Qaponoya və Tetyana Bilenko ilə qarşılaşır.

Hələ ki, hesab 1:1-dir.

12:48

İveta Vaçenovska ukraynalı Qanna Qaponovanı 3:0 hesabı ilə məğlub etdi.

Beləliklə, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn Çex Respublikası Avropa Oyunlarının bürünc mükafatını qazandı.

13:00

Bakı İdman Zalında Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə final gürüşü start götürüb.

Həlledici qarşılaşmada Almaniya Hollandiya ilə qızıl medal uğrunda mübarizə aparır. Birinci görüş Almaniya təmsilçisi Han Ying və hollandiyalı Li Jiao arasında keçirilir.

***

Hollandiya birinci görüşü öz xeyrinə başa vurdu. Li Jiao Almanıya təmsilşisi Han Yingə 3-0 hesabı ilə qalib gəldi.

***

İkinci görüş almanların xeyrinə başa çatdı. Şan Xiona Hollandiya təmsilçisi Li Jieyə 3-1 hesabı ilə qalib gəldi. Ümumi hesab 1-1 oldu.

14:56

Cütlüklərin görüşündə almanlar daha güclü oldular. Solja Petrissa, Şan Xiaona cütlüyü Eerland Britt və Li Jiaoya 3-2 hesabı ilə qalib gələrək ümumi hesabda 2-1 hesabı ilə önə keçiblər.

15:40

Gərgin keçən görüşdə Almaniya yığmasl Hollandiyanı 3-2 hesabı ilə məğlub edərək qızıl medallara sahib olub.

Tarix
2015.06.15 / 15:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla