Yuxarı

“Burada medal qazanmaq olduqca çətindir”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Burada medal qazanmaq olduqca çətindir”

"Avropa Oyunları özünəməxsus və çox gözəl bir yarışmadır. Bu yarışma idmanın inkişafına yaxşı təsir edir".

Axar.az xəbər verir ki, bunu İsveçrənin idman gimastikası üzrə qadınlardan ibarət komandasının üzvü Cesika Diaci bildirib.

O, qeyd edib ki, bu Oyunlarda iştirak etmək onun üçün çox faydalı olub və yeni təcrübə qazanıb: "Burada çox güclü gimnastlar iştirak edir. Medal qazanmaq olduqca çətindir".

Komandanın digər üzvü Katerina Barloqqio da Avropa Oyunlarının onun üçün əhəmiyyətli olduğunu qeyd edib: "Avropa Oyunları çox yaxşı ideyadır. Bu Oyunlar idmana yeni ənənə gətirdi və gənc idmançlar üçün bir şans yaratdı".

Hər iki idmançı onlar üçün Atletlər kəndində yaradılan şəraitdən və yarışların keçirildiyi Milli Gimnastika Arenasının imkanlarından çox razı qaldıqlarını bildirib. Azərbaycana ilk dəfə gəldiklərini deyən gimnastlar ölkəmizi çox bəyəndiklərini bildiriblər.

Gimnastlar boş vaxtlarında Bakıda gəzməyə çıxmaq və milli xörəklərin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Tarix
2015.06.15 / 18:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla