Yuxarı

Bakı-2015: Boksçularımızın rəqibləri bəlli oldu

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarında iştirak edəcək boksçularımızın rəqiblərinin adı məlum olub.

Axar.az xəbər verir ki, yarışın ilk iki günündə - iyunun 16-da və 17-də Azərbaycan idmançılarından heç kim rinqə çıxmayacaq.

İyunun 18-də iki boksçumuz mübarizəyə başlayır. 64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq.

Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə 1/16 finalda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.

49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə yarışa 1/4 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Brendan İrvin (İrlandiya) – Tinko Banabakov (Bolqarıstan) cütünün qalibi olacaq. Əlizadə apreldə Bakıda keçirilən "Böyük İpək Yolu" turnirində məhz Banabakova uduzmuşdu.

Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq) 1/8 finalda ya irlandiyalı Mayles Kasey, ya da belaruslu İvan Fiqurenka ilə görüşəcək.

Tayfur Əliyev də (56 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Gənc boksçumuz Nikolae Andreiana (Rumıniya) – Dieqo Ferrer Pereyra (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov (60 kq) 1/8 finalda Artyom Ramlavs (Latviya) – Otar Eranosyan (Gürcüstan) qarşılaşmasının qalibi ilə döyüşəcək.

Pərviz Bağırov (69 kq) yarışa 1/8 final mərhələsindən qatılacaq. Milli komandamızın üzvü Anas Messaoudi (Belçika) – Vasili Belous (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.

Xaybulla Musalov (75 kq) 1/8 finalda Kristia Mbilli Assomo-Hallier (Fransa) – Viktor Karapçevşii (Moldova) döyüşünün qalibi ilə üz-üzə gələcək.

Milli komandamızın yeni üzvlərindən Abdulqadir Abdullayev (91 kq) 1/8 finalda Adam Hamori (Macarıstan) – Erik Tlkanek (Slovakiya) görüşündə qalib gələn boksçunu sınağa çəkəcək.

Əsas medal ümidlərimizdən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov 1/8 finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı Vladislav Sirenko (Ukrayna) – Mixail Baxtidze (Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.

Qadın boksçularımızın rəqibləri:

51 kq. 1/8 final. Anaxanım Ağayeva – Sandra Drabik (Polşa) - 19 iyun

54 kq. 1/4 final. Anna Əlimərdanova – Stanimira Petrova (Bolqarıstan) - 23 iyun

60 kq. 1/8 final. Yana Alekseyeva – Mira Potkonen (Finlandiya) - 21 iyun

64 kq. 1/4 final. Yelena Vıstropova – Sandi Ryan (Böyük Britaniya)/Sindi Rogge (Almaniya) cütünün qalibi

75 kq. 1/8 final. Leyla Cavadova – Yaroslava Yakuşina (Rusiya) - 19 iyun

Tarix
2015.06.15 / 18:01
Müəllif
Əli Taleh
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla