Yuxarı

Stadnik: "Başqa çıxış yolum yox idi"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stadnik: "Başqa çıxış yolum yox idi"

"Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni! Nəhayət ki, dövlət himnimizi eşidə-eşidə müəyyən qədər öyrəndim. I Avropa Oyunlarında qızıl medal qazandığıma görə çox sevincliyəm. Bu mənim üçün böyük şərəfdi. Birinci növbədə cənab prezident və onun ailəsi, xalqımız mənə azarkeşlik edirdilər. Mən də yaxşı güləşdim". Bunu apasport.az saytına Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik deyib.

I Avropa Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparan Stadnik qızıl medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Eltsa Yankovanı məğlub edib.

O, rəqiblərini vaxtından əvvəl məğlub etməsini belə əsaslandırıb: "Mən vətənimdə mübarizə aparırdım. Ona görə də bu əsas üstünlüyüm idi. Mənim başqa çıxış yolum yox idi. Göyün yeddinci qatındayam".

Stadnikin sözlərinə görə, yarışda əsas rəqibi polşalı güləşçi İvona Matkovska olub.

Tarix
2015.06.15 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla