Yuxarı

Taekvondoçumuz 19-cu medalımızı qazandı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taekvondoçumuz 19-cu medalımızı qazandı - Yeniləndi

Bu gün Avropa Oyunlarında taekvondoçuların mübarizəsi başlayır.

Axar.az xəbər verir ki, idmançılar ilk yarış günündə 2 çəki dərəcəsində mübarizə aparacaqlar.

Kişilər

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov ölkəmizi təmsil edəcək. O, israilli Gili Haimovitslə qarşılaşacaq. Görüş saat 10:45-də başlayacaq.

Qadınlar

49 kq çəki dərəcəsində Patimat Abakarova Azərbaycanı təmsil edəcək. O, rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşacaq. Görüş bu gün saat 10:30-da başlayacaq.

10:37

49 kq çəki dərəcəsində Patimat Abakarova rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. Görüş təmsilçimizin 7-1 qələbəsi ilə başa çatıb.

10:57

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov israilli Gili Haimovitslə qarşılaşıb. Görüş təmsilçimizin 7-4 qələbəsi ilə başa çatıb. Taekvondoçumuz 1/4 finala yüksəlib.

14:55

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşacaq. Görüş 15:15-də start götürəcək.

***

49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşacaq. Görüş 15:30-da başlayacaq.

15:26

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşıb. Görüş təmsilçimizin 8-3 məğlubiyyəti ilə başa çatıb.

15:37

49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşıb. Görüş 4-2 təmsilçimizin qələbəsi ilə başa çatıb. Patimat Abakarova yarımfinala yüksəlib.

16:58

49 kq çəki dərəcəsində Patimat Abakarova yarımfinalda serb Tiyana Boqdanoviçlə görüşür.

17:12

Qarşılaşma təmsilçimizin 7-6 məğlubiyyəti ilə bitib. Patimat Abakarova bürünc medal uğrunda mübarizə aparacaq.

20:03

Məhəmməd Məmmədov təsəlliverici görüşdə İlya Kokşintsevlə (Belarus) qüvvəsini sınayacaq. Görüş 20:15-də baş tutacaq.

***

Məhəmməd Məmmədov təsəlliverici görüşdə İlya Kokşintsevlə (Belarus) qüvvəsini sınayır.

20:19

Məhəmməd Məmmədov təsəlliverici görüşdə İlya Kokşintsevlə (Belarus) görüşdə (15-3) qələbə qazandı və bürünc medal uğrunda mübarizə aparacaq.

21:27

Məhəmməd Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Ləvənt Tuncatla (Almaniya) görüşür.

21:41

Məhəmməd Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Ləvənt Tuncatla (Almaniya) qarşılaşdı və gərgin keçən görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatdı.

21:46

Patimat bürünc medal uğrunda Erika Nikoli (İtaliya) ilə görüşür.

21:52

Abakarova Patimat bürünc medal uğrunda Erika Nikolini (İtaliya) asanlıqla (13-0) məğlubiyyətə uğradaraq bürünc medal qazandı.

Tarix
2015.06.16 / 21:52
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla