Bu gün Avropa Oyunlarında qadın güləşçilərin
mübarizəsinə yekun vurulacaq.
Axar.az xəbər verir ki, yarışın son günündə daha 4 dəst medalın
sahibi bilinəcək.
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan 1/8 finalda türkiyəli Merve Kengerlə qarşılaşacaq. Görüş
saat 10:49-da başlayacaq.
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba ilk mərhələdə italiyalı Karola Raynero ilə görüşəcək.
Qarşılaşma bu gün saat 10:14-də keçiriləcək.
63 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Elmira
Qəmbərova birinci görüşünü isveçli Henna Yohanssona qarşı
keçirəcək. Görüş saat 10:28-də başlayacaq.
75 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Gözəl
Zutova ukraynalı Oksana Vaşçukla görüşəcək. Qarşılaşma 10:56-da
start götürəcək.
10:26
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba ilk mərhələdə italiyalı Karola Raynero ilə qarşılaşıb.
Qarşılaşma İrinanın 3-1 qələbəsi ilə başa çatıb.
***
63 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Elmira
Qəmbərova isveçli Henna Yohanssonla qarşılaşıb. Görüş təmsilçimizin
5-0 məğlubiyyəti ilə başa çatıb.
11:04
53 kq çəki dərəcəsində sərbəst
güləş üzrə təmsilçimiz Anjela Doroqan 1/8 finalda türkiyəli Merve
Kengerlə qarşılaşıb. Görüş təmsilçimizin 3-1 qələbəsi ilə başa
çatıb.
***
75 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Gözəl
Zutova ukraynalı Oksana Vaşçukla görüşüb. Qarşılaşma təmsilçimizin
3-1 məğlubiyyəti ilə başa çatıb.
11:24
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba 1/4 finalda bolqarıstanlı Mimi Xristova ilə qarşılaşıb.
Görüş təmsilçimizin 3-1 qələbəsi ilə başa çatıb. İrina yarımfinala
yüksəlib.
11:28
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan 1/4 finalda macar Denes Mersedeslə qarşılaşıb. Görüş
təmsilçimizin 5-0 qələbəsi ilə başa çatıb.
11:54
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan yarımfinalda moldovalı Nataliya Budu ilə qarşılaşıb. Görüş
təmsilçimizin 5-0 qələbəsi ilə başa çatıb. Anjela finala
yüksəlib.
***
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba yarımfinalda macar Barka Emese ilə qarşılaşıb. Görüş
təmsilçimizin 3-1 məğlubiyyəti ilə başa çatıb. İrina bürünc medal
uğrunda mübarizə aparacaq.
***
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan finalda polşalı Zasina Roksana ilə qarşılaşacaq. Qarşılaşma
bu gün saat 19:14-də start götürəcək.
***
58 kq çəki dərəcəsində sərbəst
güləş üzrə təmsilçimiz İrina Netraba isə bürünc medal uğrunda
norveçli Bullen Qreyslə qarşılaşacaq. Görüş bu gün saat 19:28-də
baş tutacaq.
19:17
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan finalda polşalı Zasina Roksana ilə qarşılaşır.
19:22
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan finalda polşalı Zasina Roksana ilə qarşılaşdı. Təmsilçimiz
3-1 hesabı ilə qalib gəldi.
19:34
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba bürünc medal uğrunda norveçli Bullen Qreyslə
qarşılaşır.
19:37
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina
Netraba bürünc medal uğrunda norveçli Bullen Qreyslə görüşdü. Qadın
güləşçimiz vaxtından əvvəl norveçli rəqibinə uduzaraq bürünc medalı
əldən verdi.