Yuxarı

Prineylinin Abşeron zəfəri: İspan xanım qızılı qazandı - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prineylinin Abşeron zəfəri: İspan xanım qızılı qazandı - Canlı yayım

10:06

İlk Avropa Oyunlarında atıcılıq yarışına start verilib.

Axar.az-ın məlumatına görə, ilk yarış günündə 3 dəst medal sahibini tapacaq.

Azərbaycan atıcılıq yarışında 3 idmançı ilə təmsil olunacaq. Onlar Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rəfixanovadır. Kişi atıcılar saat 10:30-da, A.Rəfixanova isə 11:25-də mübarizəyə qoşulacaq. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Atıcılıq üzrə yarışlara iyunun 22-də yekun vurulacaq.

12:28

Bakıda I Avropa Oyunları çərçivəsində 10 metrdən hava tüfəngi ilə atıcılıq yarışlarında Belarus təmsilçisi Vitali Bubnoviç 206,6 xal ilə qızıl medal qazanıb.

Final mərhələsində V.Bubnoviç italiyalı Olimpiya çempionu Nikolo Kamprianini 0,2 xal ilə qabaqlayıb.

Bürünc medalın sahibi isə 185,5 xal nəticə göstərən İsrail idmançısı Sergey Rixterdir.

Xatırladaq ki, yarışın nəticələrinə əsasən, İsrail atıcısı 2016-cı il Rio Olimpiadasında iştirak etmək lisenziyası qazanıb.

16:18

I Avropa Oyunları çərçivəsində qadınlar arasında 10 metr məsafədən hava tüfəngi ilə atəş yarışında serbiyalı Andrea Arsoviç 207,8 bal toplayaraq birinci olub.

Axar.az xəbər verir ki, o, isveçrəli Sara Hornunqu 0,1 bal qabaqlayıb.

Almaniyalı Barbara Enqleder 186 balla üçüncü olub.

16:38

I Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışlarında qadın finalçıların adı bəlli olub.

Axar.az xəbər verir ki, atıcılığın stend növündə ispan idmançı Fatima Qalvez hədəfi rəqiblərindən daha sərrast vurub. O, 15 atışdan 14-ündə dəqiq olub.

İkinci yeri isə San Marino idmançısı Arianna Perilli tutub.

Hazırda bürünc medal üçün yarışlar davam edir.

16:45

I Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışlarının bürünc medalçısı məlum olub.

Axar.az məlumat verir ki, 3-cü yer uğrunda rusiyalı xanım idmançılar yarışıb. Daha dəqiq olan Elena Tkaç qadınlar arsında səngər stendi yarışlarının bürünc medalını qazanıb.

16:56

I Avropa Oyunları çərçivəsində qadnlar üzrə səngər stendi yarışlarının qalibi məlum olub.

Axar.az xəbər verir ki, finalda İspaniya iemançısı Fatima Qalvez san marinolu Arianna Perilli ilə qarşılaşıb.

Atışları daha sərrast olan ispan idmançı Avropa Oyunlarının baş medalına sahib olub.

Tarix
2015.06.16 / 16:56
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla