Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadınlar arasında
çimərlik voleybolu yarışlarına start verilib.
Axar.az xəbər
verir ki, Azərbaycan bu yarışda 2 komanda ilə təmsil
olunur.
Vivyan Kunya və Zinaida Lyubimovadan ibarət komanda A qrupunda,
Yuliya Kərimova və Rakel Ferreyradan ibarət kollektiv isə H
qrupunda mübarizə aparır.
Bu gün cütlüklərimiz iki görüş keçirəcəklər.
Vivyan Kunya və Zinaida Lyubimova öncə Danimarkanı təmsil edən Eva
Banq və Sesilie Olsenlə, daha sonra isə avstriyalı voleybolçular -
Maria Lena Plesiutşniq və Katarina Şutzenhoferlə üz-üzə
gələcək.
Yuliya Kərimova və Rakel Ferreyra isə əvvəlcə Polşa təmsilçiləri
Katarjina Koçiolek və Dorota Straqla, daha sonra isə ukraynalılar
Daria Udovenko və Yelizaveta Sulima ilə münasibətlərə aydınlıq
gətirəcəklər.
A qrupu
13:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Eva
Banq/Sesilie Olsen (Danimarka)
13:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) – Maria Lena
Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya)
20:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Eva
Banq/Sesilie Olsen (Danimarka)
22:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) - Maria Lena
Plesiutşniq/Katarina Şutzenhofer (Avstriya)
H qrupu
12:00. Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) – Katarjina
Koçiolek/ Dorota Straq (Polşa)
12:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) – Daria
Udovenko/Yelizaveta Sulima (Ukrayna)
20:00. Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) - Katarjina
Koçiolek/Dorota Straq (Polşa)
21:00. Yuliya Kərimova/Rakel Ferreyra (Azərbaycan) - Daria
Udovenko/Yelizaveta Sulima (Ukrayna)
13:14
H qrupunda təmsilçilərimiz Yuliya Kərimova və Rakel Ferreyra
polşalı Katarjina Koçiolek-Dorota Straq cütlüyü ilə qarşılaşıb.
İdmançılarımız rəqiblərinə 2-0 (25:18, 25:18) qalib gəlib.
***
H qrupunda təmsilçilərimiz
Vivyan Kunya-Zinaida Lyubimova Danimarkadan Eva Banq-Sesilie Olsen
cütlüyü ilə qarşılaşıb. Görüş idmançılarımızın 2-0 (21:14, 21:17)
qələbəsi ilə başa çatıb.