Yuxarı

Bakı-2015: Tennisçilərimiz yarışla erkən vidalaşdı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Tennisçilərimiz yarışla erkən vidalaşdı -  Yeniləndi

Bakı-2015 I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarına start verilib.

Axar.az xəbər verir ki, Bakı İdman Zalında kişi və qadınların yarışının ilk dövrəsi baş tutacaq.

Azərbaycan təmsilçiləri də bu gün mübarizəyə qoşulacaq. Saat 11:00-da başlayacaq qadınların yarışında Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşu sınağa çəkəcək. Məryəm İmanova ispaniyalı Qalla Dvorakla üz-üzə gələcək. Bu oyun saat 14:00-da start götürəcək.

Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov saat 17:00-da polşalı Jenqyi Vanqla görüşəcək. Saat 19:00-da Fərhad İsmayılov ilk oyununa çıxacaq. O, italiyalı Matey Boboçika ilə qarşılaşacaq.

***

Qadınların yarışında Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşla qarşılaşıb. Tennisçimiz 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Məryəm İmanova ispaniyalı Qalla Dvorakla üz-üzə gəlib. Bu görüşdə də təmsilçimiz məğlubiyyətə düçar olub. Yekun nəticədə 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzan İmanova da mübarizəni dayandırıb.

Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov saat 17:00-da polşalı Jenqyi Vanqla görüşəcək. Saat 19:00-da Fərhad İsmayılov ilk oyununa çıxacaq. O, italiyalı Matey Boboçika ilə qarşılaşacaq.

19:07

Fərdi yarışlarda sonuncu təmsilçimiz Fərhad İsmayılov ilk oyununu italiyalı Matey Boboçika ilə keçirir.

19:28

​

Tennisçimiz Fərhad İsmayılov fərdi yarışlarda italiyalı rəqibi Matey Boboçika ilə görüşdə 4-0 (11-5; 11-5; 11-8; 11:9) məğlub oldu.

Tarix
2015.06.16 / 19:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla