Yuxarı

Səfir xanımı: "Heyran olduq..."

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir xanımı: "Heyran olduq..."

Bakıda I Avropa Oyunlarının açılış mərasimi fövqəladə zərif şou oldu və hamını heyran etdi.

Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonun xanımı Elizabet Kutillo deyib.

O bildirib ki, şounun hər anı son dərəcə gözəl idi: "Musiqi, Azərbaycan xalçaları, "Qobustan" rəsmləri çox xoşuma gəldi. Bunların hamısı çox romantik idi və mərasimdə iştirak etmək imkanım olduğu üçün çox xoşbəxtəm".

E.Kupillo artıq iki ildir Azərbaycanda yaşadığını və bu müddət ərzində ölkəni sevməyə başladığını qeyd edib: "Azərbaycan çox gözəl və müasir ölkədir. Burada italiyalıları çox sevirlər, hər yerdə isti münasibətlə qarşılaşıram. Azərbaycan mətbəxini, xüsusilə qutab, plov və lülə kababınızı sevirəm".

Xanım həmçinin İtaliya və Azərbaycan xalqları arasında oxşar cəhətləri vurğulayıb: "Hər iki xalq ailə və dostluğu qiymətləndirir, hər ikimizin oxşar yumor hissi var. Musiqi və gözəl olan hər şeyə məhəbbətlə yanaşırıq. Çox duyğusal xalqlarıq".

Tarix
2015.06.16 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla