Yuxarı

Deputatdan güləşçimizə dəstək: “Yolverilməzdir”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan güləşçimizə dəstək: “Yolverilməzdir”

"Qələbə həmişə şirin, məğlubiyyət isə acıdır".

Axar.az xəbər verir ki, bunu millət vəkili Fuad Muradov öz Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, güləş üzrə millimizin üzvü Həsən Əliyevin öz çəki dərəcəsində yarımfinalda erməni təmsilçisinə məğlub olmasını faciəyə çevirmək lazım deyil:

"Güləş üzrə millimizin üzvü Həsən Əliyevin öz çəki dərəcəsində yarımfinalda erməni təmsilçisinə məğlub olmasını faciəyə çevirmək və idmançımızın sosial şəbəkələrdə müxtəlif hücumlara məruz qalması yolverilməzdir. Bu, idman yarışıdır, biri udar, çoxu uduzar. Düzdür, yarışın Bakıda keçirilməsi baxımından erməniyə məğlub olmaq, əlbəttə, acıdır. Ancaq bu məğlubiyyətə görə 25 yaşlı idmançını top atəşinə tutmaq nə dərəcə doğrudur? Axı bu idmançı dəfələrlə Azərbaycan bayrağını müxtəlif ölkələrdə ucaldıb, dəfələrlə erməniləri üstələyib. Bu cür populist yanaşma doğru deyil. Bu gün məğlub olan Həsən sabah qalib olacaq və bəlkə də erməniləri dəfələrlə himnimizi ayaq üstə dinləməyə məcbur edəcək. Odur ki, belə ucuz hərəkətlərlə Azərbaycanın idmançılarını ruhdan salmaq yox, onlara dəstək olmaq lazımdır".

Qeyd edək ki, azərbaycanlı güləşçi Həsən Əliyev erməni idmançısına məğlub olduqdan sonra millət vəkili Fəzail Ağamalının onu tənqid etmişdi. Bu tənqid sonra deputata qarşı kəskin reaksiyalara səbəb olmuşdu.

Tarix
2015.06.16 / 15:12
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla