Yuxarı

Doroqan: “Bu, karyeramda qazandığım ilk qızıl medaldı”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doroqan: “Bu, karyeramda qazandığım ilk qızıl medaldı”

"Qalib gəldiyimə görə çox sevinirəm. Çünki bu, mənim karyeramda qazandığım ilk qızıl medaldı. Əslinədə isə çempionluq haqda heç düşünmürdüm. Bakıda keçirilən I Avropa Oyunlarında tarix yazmağı bacardım. Bayrağımızı qaldırdım və finalda layiqli şəkildə güləşdim".

Bunu APA-ya açıqlamasında Azərbaycanın güləş yığmasının üzvü Anjela Doroqan deyib.

I Avropa Oyunlarında 53 kq çəki dərəcəsində mübarizə aparan Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinanı məğlub edib.

Doroqan bildirib ki, finalın ilk dəqiqələrində qələbə qazanacağına şübhə ilə yanaşıb: "Çox güclü şəkildə qalib gəlməyi istəyirdim. Axıra kimi güləşdim. Birinci dəqiqələrdə azacıq şübhə yaranmışdı qalib gəlməyimə. Daha sonra özümü toparladım və dedim ki, çempionluq medalını başqasına verməyəcəyəm".

Güləşçimizin sözlərinə görə, polşalı rəqibinin zədəli olması ona əlavə stimul verib. Doroqan onu da əlavə edib ki, yarımfinalda moldovalı Natalya Budu ilə qarşılaşma onun üçün prinsipial xarakter daşıyıb: "Çünki keçən il keçirilən dünya çempionatında o məni məğlub etmişdi. Mən evdə çıxış edirdim və qalib gəlib finala çıxmaq istəyirdim".

Doroqan Olimpiadaya lisenziya qazanacağına da söz verib: "Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm".

İdmançımızı qızıl medalı valideynlərinə, məşqçilərinə və Azərbaycan xalqına həsr etdiyini söyləyib. O, həmçinin növbəti qələbəsinə qədər Azərbaycanın dövlət himnini öyrənəcəyinə də söz verib.

Tarix
2015.06.16 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla