Bakı-2015 I Avropa Oyunlarının V günündə 11 idman
növündə yarışlar keçirilib. Bu növlərin 5-də qaliblər
müəyyənləşib.
Axar.az xəbər verir ki, milli komandamız Rusiya seçməsindən
sonra siyahıda ikinci sırada yer tutur. Millimizin aktivində 8
qızıl, 3 gümüş, 8 bürünc medal, lider Rusiya millisinin aktivində
isə 12 qızıl, 5 gümüş, 5 bürünc medal var. İlk üçlüyə yeni daxil
olan Macarıstan 7 qızıl, 1 gümüş, 5 bürünc medala sahibdir.
16 iyun
Güləş:
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan qızıl medal qazanıb.
Avarçəkmə:
Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş
mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında
40,142 saniyə nəticə ilə 2-ci olub.
Taekvando:
Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal
qazanıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki
dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun
komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin
isə bürünc medal əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması
bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro
Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri
tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah
Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska
qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal
sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı
rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi
olub.
***
Bürünc medal uğrunda 55 kq
çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi
Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi
olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini
3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək
bürünc medal əldə edib.