Yuxarı

Ayxan Tağızadə qələbə qazandı: 11-ci qızıl - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayxan Tağızadə qələbə qazandı: 11-ci qızıl - Yeniləndi

Avropa Oyunlarında taekvondo yarışlarının ikinci günü start götürüb.

Axar.az xəbər verir ki, bu gün qızıl medal uğrunda iki idmançımız mübarizə aparacaq.

Qadınlar arasında 57 kq çəki dərəcəsində Günay Ağakişiyeva ilkin raundda serbiyalı Draqana Qladoviçlə görüşəcək. Qarşılaşma 10:30-da başlayacaq.

Kişilər arasında 68 kq çəki dərəcəsində isə Ayxan Tağızadə ilkin raundda sloveniyalı Yure Pantarla qarşılaşacaq. Görüş 10:45-də start götürəcək.

10:41

Günay Ağakişiyeva ilkin raundda serbiyalı Draqana Qladoviçlə görüşüb. O, rəqibinə 8-4 məğlub olub.

10:56

Ayxan Tağızadə ilkin raundda sloveniyalı Yure Pantarla qarşılaşıb. O, rəqibini 11-3 məğlub edib. Taekvondoçumuz 1/4 finalda ispan olimpiya çempionu Qonzalez Bonilla ilə qarşılaşacaq. Görüş 15:45-də start götürəcək.

15:53

Ayxan Tağızadə Qonzalez Bonillaya 7-5 qalib gəlib və yarımfinala yüksəlib.

***

Təmsilçimiz yarımfinalda rusiyalı Aleksey Denisenkoya qarşı mübarizə aparacaq. Qarşılaşma bu gün 17:15-də başlayacaq.

17:23

Təmsilçimiz yarımfinalda rusiyalı Aleksey Denisenkoya 7-5 qalib gəlib və finala yüksəlib.

***

Ayxan Tağızadə finalda polşalı Robak Karolla görüşəcək. Qarşılaşma bu gün 22:30-da baş tutacaq.

22:27

Ayxan Tağızadə finalda polşalı Robak Karolla qarşılaşır.

22:40

Tağızadə polşalı rəqibi Karola qalib gəldi və millimizin 11-ci qızılının sahibi oldu.

Tarix
2015.06.17 / 22:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla