Yuxarı

İki idmançı Avropa Oyunlarından qovuldu - Qərar

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki idmançı Avropa Oyunlarından qovuldu - Qərar

Bakı-2015 Birinci Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb.

Trend xəbər verir ki, 57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andereyev arasında dava düşüb. Görüşün ortasında bir-birinə kəllə və yumruq atan idmançıları hakim və məşqçilər ayırıblar.

Bundan sonra mübarizə saxlanılıb. Münsiflərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışlardan uzaqlaşdırılıblar. Hər iki tərəfin etirazlarına baxmayaraq, onların etirazı qəbul edilməyib və güləşçilər zalı tərk etməyə məcbur olublar.

Qərara əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və bu çəkidə həmyerlimiz Yaşar Əliyevi yarımfinalda məğlub edən rusiyalı Lebedev çempion adına sahib çıxıb.

Tarix
2015.06.17 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla