Yuxarı

Tağızadə: “Prezident zala gəldi, həyəcanlandım”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağızadə: “Prezident zala gəldi, həyəcanlandım”

"Əlimdən gələni etdim ki, prezidentin qarşısında güclü idmançıya qalib gəlim".

Axar.az-ın məlumatına görə, bu sözləri taekvondo üzrə yarışlarda finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Ayxan Tağızadə (68 kq) deyib.

Taekvondoçu ölkə başçısının Bakı Kristal Zala daxil olduğunu döyüşə çıxmazdan əvvəl gördüyünü söyləyib:

"Kamerada gördüm ki, cənab prezident zala gəldi, həyəcanlandım. Döyüşə çıxanda prezidentin oturduğu tərəfə baxmadım ki, həyəcanlanaram. Döyüş qurtarandan sonra prezidentə əl elədim. Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev demişdi ki, prezident sənin döyüşünə baxmağa gələcək. Ona görə də var gücümlə çalışdım ki, qələbə qazanım. Azarkeşlər çox sağ olsun, dəstəklədilər".

Ötən ay rusiyalı rəqibinə uduzduğunu deyən A.Tağızadə A.Aleksey Denisenkonun taktikasına bələd olduğunu söyləyib: "Hücuma getsəydim, başıma vuracaqdı. Müəllimimin tapşırığına əməl etdim, qalib gəldim".

Atası və şəxsi məşqçisi Əvəz Tağıyevin və taekvondo üzrə məşqçi qardaşının ona dəstək olduğunu deyən A.Tağızadə hər bir azarkeşə təşəkkür edib: "Döyüşümə anam da evdə baxır. Bilirəm, çox həyəcanlanır. Prezidentin gəlməsini, anamı, məşqçimi və azarkeşləri düşünüb daha əzmlə döyüşdüm ki, qalib gəlim. Avropa Oyunları mənim üçün tarixdir. Qızıl medal qazansam, tarix yazmış olacağam".

Tarix
2015.06.17 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla