Yuxarı

Harçeqani qızıl, Əzizova gümüş qazandı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:30

Bakı-2015-də taekvondo yarışlarının üçüncü günü start götürüb.

Axar.az xəbər verir ki, bu gün iki idmançımız medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə Əzizova ilkin raundda hollandiyalı Van Baaren Coysla qarşılaşacaq. Görüş 10:30-da başlayacaq.

Kişilər arasında isə 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani ilkin raundda serb Feyziç Damirlə mübarizə aparacaq. Görüş 10:45-də start götürəcək.

10:38

Fəridə Əzizova ilkin raundda hollandiyalı Van Baaren Coysu 2-0 məğlub edərək 1/4 finala yüksəlib.

10:50

Təmsilçimiz Milad Beygi Harçeqani ilkin raundda serb Feyziç Damiri 12-0 məğlub edərək 1/4 finala yüksəlib.

15:40

Fəridə Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla qarşılaşıb. O, rəqibinə 6-2 qalib gəlib və yarımfinala yüksəlib.

Qarşılaşmanı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da canlı izləyir.

15:54

Milad Harçeqani isə 1/4 finalda britaniyalı Muhammed Lutalo ilə görüşüb. O, rəqibinə 15-7 qalib gəlib və yarımfinala yüksəlib.

***

Fəridə Əzizova yarımfinalda isveçli Elin Yohansonla görüşəcək. Qarşılaşma 17:00-da başlayacaq.

***

Milad Harçeqani isə yarımfinalda portuqaliyalı Xulio Ferreyra ilə qarşılaşacaq. Görüş 17:15-də start götürəcək.

16:55

Fəridə Əzizova yarımfinalda isveçli Elin Yohansonla görüşür.

17:05

Fəridə Əzizova rəqibinə 5-2 qalib gəldi və finala yüksəldi.

17:23

Milad Harçeqani yarımfinalda portuqaliyalı Xulio Ferreyra ilə qarşılaşıb. Harçeqani rəqibinə 6-2 qalib gəlib və finala yüksəlib.

***

Fəridə Əzizova finalda rusiyalı Anastasiya Baryşnikova ilə görüşəcək. Qarşılaşma 22:15-də başlayacaq.

***

Milad Harçeqani finalda rusiyalı Albert Qaunla qarşılaşacaq. Görüş 22:30-da start götürəcək.

22:23

Fəridə Əzizova finalda Baryşnikova ilə görüşür.

22:33

Əzizova rusiyalı rəqibinə uduzaraq qızılı əldən verdi.

22:34

Harçeqani finalda rusiyalı Albert Qaunla qarşılaşır.

22:45

Harçeqani Qaunla görüşdə qalib gəldi, millimizin 12-ci qızılının sahibi oldu.

Tarix
2015.06.18 / 23:05
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla