Yuxarı

Güləşdə günün yekun nəticəsi: 3 bürünc - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşdə günün yekun nəticəsi: 3 bürünc - Yeniləndi

09:49

Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq.

Axar.az xəbər verir ki, 4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq.

61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək.

86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da başlayacaq.

125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq.

10:30

Camaləddin Maqomedov ilk görüşdə litvalı Yonas Rudaviçiusu 4-0 udaraq 1/8 finala yüksəlib.

10:56

Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşür.

11:07

Görüş Əliyevin 3-0 qələbəsi ilə başa çatıb.

***

Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Görüş Hacıyevin 4-1 hesablı qələbəsi ilə başa çatıb.

11:45

Camaləddin Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə görüşüb. Təmsilçimiz 3-1 məğlub olub.

12:14

Ruslan Dibirhacıyev 1/8 finalda polşalı Maqomedmurad Hacıyevlə görüşüb. O, rəqibinə 3-1 məğlub olub.

***

Nurmaqomed Hacıyev 1/4 finalda rusiyalı Əbdülrəşid Sadulayevlə qarşılaşıb. Görüş Hacıyevin 4-1 məğlubiyyəti ilə başa çatıb.

12:21

Hacı Əliyev 1/4 finalda slovak Mykola Bolotnyukla görüşüb. Qarşılaşma Əliyevin 4-0 qələbəsi ilə başa çatıb və o, yarımfinala yüksəlib.

***

Hacı Əliyev yarımfinalda rus Aleksandr Boqomoyevlə qarşılaşacaq. Görüş 12:41-də start götürəcək.

13:27

Hacı Əliyev yarımfinalda rus Aleksandr Boqomoyevlə qarşılaşıb. O, rəqibinə 3-1 məğlub olub. Əliyev bürünc medal uğrunda mübarizə aparacaq.

***

Nurmaqomed Hacıyev təsəlliverici mərhələdə italiyalı Zuz Tudorla görüşüb. O, rəqibini 4-0 məğlub edib. Hacıyev bürünc medal uğrunda mübarizə aparacaq.

13:30

Camaləddin Maqomedov təsəlliverici mərhələdə polşalı Baran Robertlə qarşılaşıb. O, rəqibini 4-0 məğlub edib. Maqomedov bürünc medal uğrunda mübarizə aparacaq.

14:51

Hacı Əliyev bürünc medal uğrunda türkiyəli Aktaş Munir Rəcəblə mübarizə aparacaq. Görüş bu gün 19:00-da baş tutacaq.

***

Nurmaqomed Hacıyev bürünc medal uğrunda polşalı Radoslav Marcinkyeviçzlə görüşəcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək.

***

Camaləddin Maqomedov bürünc medal uğrunda slovak Soslan Qaqloyevlə mübarizə aparacaq. Qarşılaşma bu gün 20:52-də başlayacaq.

***

Ruslan Dibirhacıyev bürünc medal uğrunda gürcü Davit Tlaşadze ilə mübarizə aparacaq. Qarşılaşma bu gün 19:28-də gerçəkləşəcək.

​19:00

Hacı Əliyev bürünc medal uğrunda türkiyəli Aktaş Munir Rəcəblə mübarizə aparır.

19:06

Hacı Əliyev bürünc medal uğrunda türkiyəli Aktaş Munir Rəcəblə görüşdü, güləşçimiz rəqibinə (10-2) qalib gələrək bürünc mükafata sahib çıxdı.

19:40

Ruslan Dibirhacıyev bürünc medal uğrunda gürcü Davit Tlaşadze ilə qarşılaşır.

19:47

Ruslan Dibirhacıyev bürünc medal uğrunda gürcü Davit Tlaşadzeyə qalib gəldi.

20:10

Nurmaqomed Hacıyev bürünc medal uğrunda polşalı Radoslav Marcinkyeviçzlə görüşür.

20:18

Hacıyev bürünc medal uğrunda polşalı Radoslav Marcinkyeviçzə son saniyələrdə məğlub oldu.

20:56

Camaləddin Maqomedov bürünc medal uğrunda slovak Soslan Qaqloyevlə mübarizə aparır.

21:05

Maqomedov bürünc uğrunda slovak rəqibinə qalib gəldi (7-2).

Tarix
2015.06.18 / 21:15
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla