Yuxarı

Qızıl medala iddialı taekvondoçularımız danışdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl medala iddialı taekvondoçularımız danışdı

İlkin mərhələdə qalib gəlib dörddəbir final mərhələsinə adlayan Azərbaycan taekvondoçuları Fəridə Əzizova (-67 kq) və Milad Beigi Harçeqani (-80 kq) döyüş təəssüratlarını bölüşüb.

Axar.az xəbər verir ki, Fəridə Əzizova birinci döyüş olduğu üçün mübarizənin bir qədər çətin olduğunu bildirib:

"Çünki birinci döyüş digər döyüşlərə nisbətən həmişə mürəkkəb olur, idmançı tam açılışmır. Əlbəttə, Azərbaycan arenasında döyüşmək, azarkeşlərin alqış sədası altına mübarizə aparmaq daha ruhverici oldu və qələbə gətirdi. Hər bir idmançı tatamiyə udmaq və dövlətinə qələbə qazandırmaq üçün çıxır. Mən əlimdən gələni edəcəyəm".

İdmançımız Avropa Oyunları ilə bağlı təşkilati işlərin çox yüksək səviyyədə təşkil olunduğunu deyib:

"Hər şeyin ideal keçirilməsi üçün bütün işlər görülüb. Ölkəmizdə bütün idmançılara, o cümlədən taekvondoçulara xüsusi qayğı var. Bildiyiniz kimi Avropa Oyunları ilk dəfə bizim vətənimizdə keçirilir, yarışlarda qalib gəlməklə bütün dünyaya Azərbaycan taekvondoçularının gücünü göstərə bilərik".

Milad Beigi Harçeqani isə qeyd edib: "Şadam ki, ilk mərhələdə böyük hesabla qalib gəldim. Tamaşaçıların dəstəyi bizə yüksək ruh verir. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

İndiyədək London-2012 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Böyük Britaniyalı Lutalo Muhammadlə heç bir döyüşdə qarşılaşmadığını deyən B.Milad qızıl medal qazanmağa var qüvvəsi ilə çalışacağını dedi: "İnşallah yaxşı olar, birinciliyi əldə edərəm".

Tarix
2015.06.18 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla